Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir Tələb olunan bilik, bacarıq və vərdişlər - Fakültənin profilinə uyğun magistr dərəcəsi - İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları - Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları - Yaxşı kompüter vərdişləri (Microsoft Office) - Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları - Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı - Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı. Müraciət üçün tələb olunan sənədlər - Tərcümeyi hal (CV) -Müraciət məktubu - Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları Qeyd:Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. İşə başlama tarixi: 1 Mart, 2022 Maraqlananlar15 fevrala qədər[email protected]e-mail ünvanına sənədlərini göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb