Cümə axşamı, 21 Avqust, 2025

YARAT Film Klub: "Sən buradasan"


  • Dərc edildi: 16 Avqust, 2021 - 07:44
YARAT Film Klub: "Sən buradasan"

"Sən buradasan" (2010) Rejissor və ssenarist: Deniel Kokbern
ARTIM Layihə Məkanı sizi eksperimental video-rəssam Deniel Kokbernın ərsəyə gətirdiyi fəlsəfi bədii filmi vasitəsilə meta-detektiv səyahətə çıxmağa dəvət edir.
Film boyu baş qəhrəmanla birgə unudulmuş arxivləri üzə çıxardaraq fantaziyaların gerçəkliklə necə kəsişdiyinin şahidi olacaqsınız. Öz sirlərini açmaq istəməyən bu sənədlərin gizli mənaları nədir?
Filmin müddəti: 78 dəq. Dil: İngilis, Azərbaycan altyazıları ilə Tarix və saat: 20 avqust, 20:00
Rejissor haqqında Deniel Kokbern kanadalı performans üzrə rəssam və rejissor. O, 1999-cu ildə York Universitetini Kinematoqrafiya üzrə bakalavr dərəcəsi ilə bitirib. Kokbernın "Sən buradasan" ilk bədii ekran əsəri dünyanın 40-dan çox film festivalında iştirak edib. Film, Jay Scott Prize (2010) və EMAF Award (2011) mükafatlarına layiq görülüb.
Baxış üçün qeydiyyat mütləqdir Yerlərin sayı məhduddur Qeydiyyat üçün: (012) 505 23 23 Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala, 5

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...