YARAT Film Klub: "Transumanato" və "XX-20" filmlərinin nümayişi

Sizi YARAT Film Klubu çərçivəsində ARTIM Layihə Məkanında keçiriləcək "Transumanato" və "XX-20" videoart və qısametrajlı filmlərin nümayişinə dəvət edirik.
Tarix və saat: 17 avqust, 20:00
"Transumanato" (2020) Rejissor və ssenarist: Lena Skripkina
Üç rəqs nömrəsindən ibarət olan film "İlahi komediyanın" müəllifi Dantenin cəhənnəmdəki səyahətindən bəhs edir.
Filmin müddəti: 8 dəq. Yaş məhdudiyyəti: 16+
"XX-20" (2021) Rejissor və ssenarist: Lena Skripkina
Film, XX əsrin Xirosima, blokada və QULAQ fəlakətlərini boş bir məzar obrazında təsvir edir. Müasir reallıqla əlaqəli, genetik yaddaş daşıyan və bir əsri özündə birləşdirən üç fəlakəti yenidən düşünməyə vadar edir.
Filmin müddəti: 24 dəq. Dil: İngilis, Azərbaycan altyazıları ilə Yaş məhdudiyyəti: 12+
Lena Skripkinanın əsərləri hal-hazırda ARTIM Layihə Məkanında davam edən "Yüyürmə! Gördüyün yalnız sərabdır…" qrup sərgisində nümayiş olunur.
Rejissor haqqında:
Lena Skripkina (d.1988, Odessa, Ukrayna) - Moskvada yaşayan, sənədli və bədii film, foto, video və səs instalyasiyaları, eləcə də heykəltəraşlıq üzrə geniş təcrübəyə malik olan vizual rəssamdır. 2013-cü ildə S.A. Gerasimov adına Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Daha sonra, fəlsəfə üzrə magistr dərəcəsini əldə edib. Hal-hazırda, "XX əsrin esxatologiyasında vizual antropologiya" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Lena öz tədqiqat mövzusunu esxatoloji zaman konsepsiyası vasitəsilə nümayiş etdirir; belə ki, kinematoqrafiya dilinin köməyi ilə, "cənnət" və "cəhənnəm" mövzuları sənədli məkanda bir araya gəlir. Lena Skripkina müxtəlif qrup və fərdi sərgilərdə iştirak edib: "Art-yaddaş" ("Çetverq" Mədəniyyət Layihələri Fondu, 2020); "Fields" festivalı ("Mutabor" məkanı, 2019) "Muzıkalnaya miqrasiya" (ZİL Mədəniyyət Mərkəzi, 2018), Müasir İncəsənət İnnovasiyası Mükafatının (2017), habelə, Olqa Şişkonun kuratorluğu ilə "VZLYOT" layihəsində (XTNS, 2017) media-art nominasiyasının qalibi, "Artkommunalka" qalereyasında videoart və fotosərgilərin (Kolomna, 2014-2015), "Forma" və "Asudə vaxt" müasir incəsənət festivallarının iştirakçısı, "Zarya" video-poeziya festivalının qalibidir.
Baxış üçün qeydiyyat mütləqdir Yerlərin sayı məhduddur Qeydiyyat üçün: (012) 505 23 23 Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala, 5


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az