Çərşənbə axşamı, 12 Avqust, 2025

YARAT Freestyle: "Texno, indastrial və kiberpank üslubunda trekləri necə yaratmaq olar?"


  • Dərc edildi: 13 İyul, 2022 - 07:22
YARAT Freestyle: "Texno, indastrial və kiberpank üslubunda trekləri necə yaratmaq olar?"

Sizi 15 illik iş təcrübəsinə malik olan vokalçı, elektron musiqiçi və saund-dizayner Danil Jdanovun iştirakı ilə musiqili kompozisiyaların yaradılmasına həsr edilmiş ustad dərsində iştirak etməyə dəvət edirik.
Ustad dərsinin mövzusu: "Texno, indastrial və kiberpank üslubunda trekləri necə yaratmaq olar?" 1. EDM səslənməsi tarixən nəyin üzərində qurulub: Roland 303,808,909 üslub və tembrlərin adeptləri 2. Müasir elektron musiqisində bas partiyası ("beyslayn") və "dram" (baraban) partiyasının (bit) mənbəyi nədən qaynaqlanır? 3. Trekin həyəcanlılığı ("svinq") və rəqs cazibədarlığına hansı audioeffektlər təsir edir? 4. "Drop" gərginliyi və gözləntisi necə yaradılır, "drop" necə baş verir? 5. Hansı notlar və çalarlar rəqs meydançasını "partladır"?
Ustad dərsin sonunda DJ, iştirakçıların bəstələdiyi kompozisiyaları ifa edəcək.
Təxəllüsü "SLAMER LIM. Gostreiter" olan Danil Jdanov, "Spinnin’ Records", "Monolit Music” və “SOYUZ" leybllərinin saund prodüseridir.
"1961 Studio" prodüser mərkəzinin (Kis-Kis, Brick Bazooka, Lena Rush, Aleksandr Zaqorski, Mayla, Zhulik, Marny kimi artistlərin yaradıcılıq meydançası) həmtəsisçisidir. "PARAMIRA" yaradıcılıq birliyinin (Sankt-Peterburq) PR direktorudur. MIDAIR |Midtempo layihəsində (Sankt-Peterburq) könüllü iştirak edir. 100-dən çox artistə və səs rejissoruna “Ableton Live" proqramını öyrədib.
Yaş məhdudiyyəti: 14+ Yerlərin sayı məhduddur Dil: Rus, Azərbaycan dilinə sinxron tərcümə ilə Tarix: 18, 19, 22 iyul Vaxt: 19:00 Məkan: YARAT Mərkəzi * COVID-pasport tələb olunur
Qeydiyyat üçün:https://cutt.ly/vLmNpQE
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6319
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1328
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 512
“İnnovativ məktəb” l...