Vakansiya: Təcrübəçi
Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk!
Bizim missiyamız – ödənişləri sürətli, rahat və təhlükəsiz etməkdir. Daima bazardan bir addım öndə olmaq üçün innovativ texnologiyalar tətbiq edir və qabaqcıl məhsullar yaradırıq. Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!
Biz kimi axtarırıq?
Əgər sən:
Aktiv, motivasiyalı və detallara diqqət yetirən yeni məzun (və ya sonuncu kurs tələbəsi) biz səni axtarırıq! Bu, inzibati sahədə praktiki bilik və real iş təcrübəsi qazanmaq üçün əla fürsətdir.
Səni nələr gözləyir?
· Ofisdə gündəlik inzibati işlərə dəstək (sənədlərin arxivləşdirilməsi, skan olunması, məlumatların daxil edilməsi)
· Görüşlərin və tədbirlərin təşkili və koordinasiyası
· Sənədlərin və daxili məlumatların yenilənməsi və idarə olunması
· Ofis ləvazimatlarının təşkilinə yardım
· Gələn zənglər və yazışmalarla işləmək
· Müxtəlif şöbələrə operativ dəstək göstərmək
Səndən gözləntilərimiz:
· Biznesin idarə olunması, Menecment və ya yaxın sahə üzrə yeni məzun və ya sonuncu kurs tələbəsi
· Rus dili- sərbəst
· Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı
· Diqqətcil və təşkilatçılıq bacarığı yüksək
· Yazılı və şifahi ünsiyyət bacarıqları yaxşı səviyyədə
· Öyrənməyə maraqlı və komanda ruhuna sahib
Biz nə təklif edirik?
Peşəkar və dostyana bir komandada çalışma fürsəti, real təcrübə, yeni biliklər və gələcək karyeranız üçün güclü bir başlanğıc!
Təcrübə müddətini uğurla başa vuran namizədlər üçün daimi vəzifəyə keçid imkanı da mümkündür.Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb