reklam

Festivallardan seçmələr: nümayişlərin tarix və məkanları

Festivalımıza sayılı günlər qalıb. Proqramımızın bir parçası olan "Festivallardan seçmələr"ə ("Best of Fests") daxil olan son illərin ən məşhur, nüfuzlu festivallardan mükafatlar qazanmış sənədli filmlərinin posterləri və məlumatları ilə tanış olaq!

__

Dördüncü divar - 10 dəq., Mahboobeh Kalaee - İran

Mahboobeh Kalaee 1992-ci ildə Qum şəhərində doğulub. Tehran İncəsənət Kollecində Sənaye Dizaynı üzrə bakalavr dərəcəsi alıb (2015). Tehran İncəsənət Universitetinin Kino fakultəsində Animasiya üzrə təhsil alıb (2020). O yazıçı, illüstrator, qrafik dizayner, 2D animator və bir neçə qısa və eksperimental animasiyaların müəllifidir. Əsas maraq dairəsi hibrid formalar və eksperimental kinematik forma yaratmaq üçün insanların həyat təcrübələrinin öyrənilməsidir.

“Dördüncü Divar” universitetdən sonra 2021-ci ilin fevralında bitirdiyi ilk peşəkar filmidir.

▪ Sinopsis: Ev və ailə, münasibətlər, arzular, xəyallar, hər şey bir mətbəxdə ümumiləşdirilir. Təxəyyülü ilə oynayan kəkələyən oğlan isə orada təkdir.

📍 14 avqust, 17:30, Şəki, Old Town Hotel&Restaurant

📍 15 avqust, 20:00, Bakı, Landmark

📍 19 avqust, 18:15, Lənkəran, TOR, O biri otaq

__

Ailənin rentgenoqramı - 81 dəq., Firuzeh Khosrovani - İran, Norveç, İsveçrə

Tehranda anadan olan Firuzeh Xosrovani Accademia di Belle Arti di Brerada incəsənət təhsili almaq üçün İtaliyada məskunlaşır. 2002-ci ildə təhsilini başa vurduqdan sonra İrana qayıdıb və Jurnalistika üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Bam şəhərinin dağıdıcı zəlzələdən sonra travma almış uşaqları üçün nəzərdə tutulan “oyun” terapiyası haqqında sənədli filmlə 2004-cü ildə rejissor kimi il işinə imza atıb. 2010-cu ildə çəkdiyi “1001 İran” sənədli filmi kənardan görünən İran imici haqqındadır.

"Ailənin rentgenoqramı" çoxsaylı sənədli filmlərə imza atan müəllifin sonuncu filmidir.

▪ Sinopsis: Baş qəhərman İranın dünyəvilik və İslam ideologiyası arasında apardığı mübarizənin məhsuludur. Valideynlərinin məhəbbət hekayəsi onları Şah dövründən İslam İnqilabına, İran-İraq Müharibəsi zamanı çətinliklərdən bu günə qədər - Tehrandakı evlərinə aparır. Uşaqlıq həmişə valideynləri arasında seçim etməli olub; Hər gün bir tərəfdən məcburiyyətə, digər tərəfdən qəbullanmaya məruz qalıb.

📍 14 avqust, 20:00, Bakı, Salaam Cinema

__

Ölümünə boşanmaq - 80 dəq., Chloe Fairweather - Birləşmiş Krallıq, Norveç, Türkiyə, Almaniya

Chloe Fairweather müşahidə sənədli filmləri və mürəkkəb gerçək hekayələrin izahı üzrə ixtisaslaşan mükafatlı rejissordur. Uels əsilli kinorejissorun ilk filmi 2015-ci ildə The Grierson Best Newcomer Award üçün qısa siyahıya düşmüş və BAFTA mükafatına namizəd olmuşdur. Filmlərinin missiyası yaxından çəkilmiş hekayələrə unikal baxış sayəsində böyük problemlərin həllinə yönəlib. O, həmçinin Channel 4-ün Ən yaxşı rejissorlar proqramının məzunudur.

▪ Sinopsis: Hər üç türk qadından biri məişət zorakılığına məruz qalır. Qadın qətllərinin sayı isə artmaqdadır. Amma bəzi türk qadınları buna qarşı mübarizə aparır. Cəsarətli vəkil İpek Bozkurt zorakılıq edən kişiləri dəmir barmaqlıqlar arxasına qoyaraq qadına qarşı zorakılığa etiraz etməkdə qərarlıdır.

📍 14 avqust, 16:00, Bakı, Landmark

📍 20 avqust, 18:00, Şəki, Old Town Hotel&Restaurant

__

Bal ölkəsi - 85 dəq., Tamara Kotevska, Ljubomir Stefanov - Şimali Makedoniya

1993-ci ildə Prilep / Makedoniyada doğulan Tamara Kotevska Skopye Dramatik İncəsənət Fakültəsinin rejissorluq fakültəsini bitirib. Sərbəst film rejissoru kimi sənədli və bədii filmlərin çəkilişində 5 illik təcrübəyə sahibdir.

Ljubomir Stefanov 1975-ci ildə Makedoniyanın Skopye şəhərində doğulub. Ətraf mühit problemləri və insan inkişafı ilə bağlı kommunikasiya konsepsiyalarının və sənədli filmlərin hazırlanması, istehsalı sahəsində 20 ildən artıq təcrübəyə sahibdir.

▪ Sinopsis: Köçəri arıçılar ailəsi onun torpağını işğal edib dolanışığını üçün təhdidlər yaradanda Avropadakı sonuncu qadın arıçı arıları xilas etməli və Bal ölkəsində təbii tarazlığı qaytarmalıdır. Makedoniyada çəkilən bu film təbii ehtiyatlara və insan həyatına qarşı yanaşmamıza təsir edən, yerli xalqın müşahidə xarakterli vizual povestinin tədqiqidir.

📍 13 avqust, 18:30, Şəki, Old Town Hotel&Restaurant

📍 16 avqust, 19:30, Bakı, Landmark

📍 18 avqust, 17:30, Lənkəran, Dram Teatrı

__

Dəcəl uşaqlar - 93 dəq., Ahmet Necdet Cupur - Türkiyə, Fransa, Almaniya

Ahmet Necdet Çupur 1984-cü ildə Türkiyənin Hatay şəhərində, Suriya sərhədli kənddə doğulub. Mühəndislik təhsili almış Ahmet səyahətlərinin birində Ruminyada qısametrajlı bir film çəkir və rejissor olmağa qərar verir. Mühəndisliyi ataraq Parisə köçür. "Latın Babili" filmini bitirdikdən sonra ailəsi haqqında film çəkmək niyyəti ilə 20 ildir uzaq düşdüyü kəndinə geri dönür.

▪ Sinopsis: Türkiyənin cənub-şərqindəki kəndlərdən birində Mahmut yeni evləndiyi həyat yoldaşından boşanmaq istəyir. Eyni zamanda bacısı Zeynep qiyabi olaraq orta məktəbə yazılır və fabrikdə işə başlayır. O, atasının istəyinə zidd olaraq kəndi tərk etmək və universitetə daxil olmaq istəyir. Mahmut və Zeynəbin cəhdlərinə öyrəşməyən mühafizəkar ailə və cəmiyyətdə övladların tələbləri münaqişənin mərkəzinə çevrilir. İyirmi il əvvəl təhsilini davam etdirmək üçün kəndi tərk edən böyük qardaşları Ahmet Necdet Çupur tərəfindən yaxından qeydə alınan “Dəcəl uşaqlar” nəsillər arasında, keçmişlə indiki zaman arasında toqquşmaların hekayəsidir.

📍 13 avqust, 18:30, Lənkəran, Dram Teatrı

📍 17 avqust, 19:00, Bakı, Landmark

__

İstədiyim kimi - 88 dəq., Samaher Alqadi - Misir, Norveç, Fransa, Fələstin, Almaniya

Samaher Alqadi ərəb sənədli filmlərinin çəkilişində yeni yaranan səsdir. Onun filmləri Yaxın Şərqdə qadınların və dissident sənətçilərin inkişaf edən statusuna diqqət yetirir. İşğal altındakı İordan çayının qərb sahilindəki Jalazon qaçqın düşərgəsində böyüyən Samaher Misirin Ali Kino İnstitutunda kino rejissorluğu üzrə təhsil alıb. O, 2008-ci ildə Mübahisəli Cenin-Cenin filmini çəkən fələstinli aktyor və eyniadlı rejissor haqqında “Məhəmməd Bakri” sənədli filminin rejissoru və prodüseri olub.

Samaherin “Qəmalat” filmi əfsanəvi Şaabi müğənnisi və matriarxal Misirin simvolu Qamalat Şihanın qısametrajlı sənədli portretidir. Onun qısa sənədli filmi Raja3'een (2012) Fransada siyasi mübarizələrini Paris küçələrində və kafelərində davam etdirən suriyalı qaçqınların fotoşəkilidir.

▪ Sinopsis: Qahirə, 25 yanvar 2013-cü il: İnqilabın ikinci ildönümündə Təhrir meydanında cinsi qısnamalar partlayışa səbəb olur. Buna cavab olaraq qəzəbli qadınların kütləvi axını küçələri doldurur. Rejissor Samaher Alqadi qorunmaq üçün kamerasını götürür və hekayənin onu hara aparacağını bilmədən artan qadın üsyanını sənədləşdirməyə başlayır. Samaher çəkiliş zamanı hamilə qaldıqda Fələstində öz uşaqlığını xatırlayır və Yaxın Şərqdə qadın və ana olmağın nə demək olduğunu yenidən nəzərdən keçirməyə başlayır. Onu son dəfə görə bilməmiş, dünyasını dəyişən anası ilə xəyali söhbətə başlayır. Bu arada Misirdə mübarizə davam edir və Samaher oğlu dünyaya gəldikdən sonra belə hələ də özünü meydanda tapır.

📍 14 avqust, 17:30, Lənkəran, TOR, O biri otaq

📍 16 avqust, 17:00, Bakı, Landmark

__

Sincarın mələkləri - 113 dəqiqə, Hanna Polak - Polşa, Almaniya

Rejissor Hanna Polak “Leninqradski uşaqları” filmi ilə Oskar və Emmi mükafatları, eyni zamanda Amerika Prodüser Gildiyasının namizədlərindən biridir. Onun qəhrəmanları ilə emosional bağı ona insan ruhunun gücünü tərənnüm edən və ən çətin şəraitdə insanlığın gözəlliyini əks etdirən visseral, poetik filmlər çəkməyə imkan verir. Hannanın əsərləri Sundance, IDFA, True/False, FIPA daxil olmaqla dünya üzrə festivallarda nümayiş etdirilib və onlar HBO America, HBO Europe, Canal+, NHK, SVT, Yle, DR və başqa böyük televiziya şəbəkələrində nümayiş olunub.

▪ Sinopsis: Sincar, Şimali İraq, 2014: Gənc yezidi qadın Hənifə İraqın şimalındakı Sincar bölgəsində yezidi dini və etnik azlığa qarşı İŞİD-in hücumundan möcüzəvi şəkildə sağ çıxıb. Hənifə İŞİD tərəfindən oğurlanmaqdan xilas olsa da, onun beş kiçik bacısı yük maşını ilə əsir götürülür. Oskar və Emmi mükafatlarına namizəd olan kinorejissor Hanna Polak ən təhlükəli və haqqında çox az məlumatın olduğu yerlərdən birinə eksklüziv giriş əldə edir. Rejissor Hənifənin ölümün astanasında olan atasına vəd etdiyi kimi, bacılarını tapıb evə gətirmək missiyasını yaxından izləyir.

📍 15 avqust, 18:00, Bakı, Landmark

__

Sevgilərlə, atan - 13 dəq., Diana Cam Van Nguyen - Çexiya

Diana Cam Van Nguyen 1993-cü ildə Çexiyada doğulub. Praqada yaşayan vyetnamlı illüstrator və kinorejissordur. Praqada FAMU-da animasiya filmləri ixtisasında təhsil alıb.

Love, Dad (2021), The Little One (2017) və Zrádci (2019) filmləri ilə tanınır.

▪ Sinopsis: Bu film müəllifin hekayəsidir. Onun 11 yaşı olanda atası vergidən yayınmada şübhəli bilinərək həbsxanaya düşüb və ona sevgi dolu məktublar yazmağa başlayıb. İndi 15 il sonra müəllif həmin məktubları yenidən kəfş edib. Bu hadisə filmin yaranmasına səbəb oldu - bu filmin yaradılması onların münasibətlərinin qiymətləndirilməsi və əks olunması prosesidir. Film onun atasına yazdığı məktublara cavabdır. Diananın atası filmin ilk izləyicisidir.

📍 15 avqust, 20:00, Bakı, Landmark

📍 19 avqust, 18:15, Lənkəran, TOR, O biri otaq

__

Bütün vəhşilər insandır - 17 dəq., Helen Spooner, Hugh Davies - Azərbaycan, Birləşmiş Krallıq

Helen həssas mövzularda və həssas iştirakçılarla iş təcrübəsi olan, mükafat qazanan prodüserdir. O, terrorizm, korrupsiya, pedofiliya və cinsi köləlik kimi geniş mövzularda böyük beynəlxalq yayımçılar üçün çalışıb. O, bu yaxınlarda BBC tərəfindən BBC Yeni Direktorlar Sxeminə seçilib və burada o, yaxın gələcəkdə BBC üçün ilk uzun sənədli filmini çəkə bilmək imkanı əldə edib. 2018-ci ildə BBC üçün çəkdiyi film (İŞİD ilə üz-üzə) həmin il “One World Media” mükafatına layiq görülüb.

▪ Sinopsis: 2017-ci ilin sentyabrında Azərbaycanda polis LGBTİQ+-a qarşı amansız hücumlar həyata keçirib. Onlarla insan həbs olundu və həbsxanada işgəncələrə və təcavüzə məruz qaldı. Bir çoxları kimi Roma, Katrin və Liza da bu polis basqınlarının qurbanı olub qəddar rəftarla üzləşdi. Azərbaycandan qaçaraq İstanbula sığındılar. Onların hekayələri və bu sənədli film keçmişi ilə yanaşı, gələcəklə bağlı qorxularını da ortaya qoyur.

📍 15 avqust, 20:00, Bakı, Salaam Cinema

__

▪ Film nümayişlərinə qatılmaq ödənişsizdir.

▪ Filmlər orijinal dildə, Azərbaycan və ingilis dilində altyazılarla nümayiş olunacaq.

▪ İştirak üçün COVID-19-a qarşı vaksinasiya və ya immunitet sertifikatı vacibdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az