reklam

İstedadların idarə edilməsi və inkişaf üzrə mütəxəssis vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri İnsan Resursları və İstedadların İdarəolunması Departamentində İstedadların idarə edilməsi və inkişaf üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Vəzifə və Öhdəliklər:

  • İstedadların təlim ehtiyaclarının müəyyən edilməsi görüşlərini keçirmək
  • İşçi heyətindən gələn təlim və inkişaf tələblərini qeydə almaq və analiz etmək
  • İstedadların karyera inkişafı istiqamətində işləri təşkil etmək
  • İstedadların performans göstəricilərini analiz etmək
  • Cavabdeh olduğu işlər üzrə müvafiq hesabatlar hazırlamaq
  • Keçirilən sorğuların nəticələri barədə təqdimatlar hazırlamaq
  • İR Komitəsinə məlumatların vaxtında və dəqiq formada hazırlayıb təqdim etmək
  • Şirkət tərəfindən təşkil edilən tədbir, iclas və görüşlərdə aktiv iştirak etmək
  • Rəhbərlik tərəfindən gördüyü işlər istiqamətində verilən sorğu və digər tapşırıqları yerinə yetirmək
  • Təlim və inkişaf ödənişlərini izləmək və müvafiq addımlar atmaq
  • Keçirilən təlimlərin qeydiyyatını tutmaq və dəyərləndirilməsini aparmaq
  • Təlim və inkişaf fəaliyyətləri üçün təşkilati işləri icra etmək və aidiyyəti bölməyə məlumat vermək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək     

 

BİLİKLƏR

  • Ali təhsil
  • Kompüter bilikləri: MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı (ingilis və rus dilləri arzuolunandır)
  • Təlim və İnkişaf prosesi haqqında bilik və təcrübə
  • Ümumi İnsan Resursları haqqında bilik
  • Əmək qanunvericiliyi üzrə bilik arzuolunandır
  • PHRi, SHRM, CİPD kimi beynəlxalq sertifikatlar arzuolunandır


TƏCRÜBƏ

  • Sahə üzrə minimum 2 il iş təcrübəsi

 

BACARIQLAR

  • Yazılı və şifahi ünsiyyət
  • Nəticə yönümlü
  • Təhlil
  • Məsuliyyətlik
  • Detallara diqqət
  • Təşkilatçılıq
  • Komandada işləmək bacarığı.

     

Son müraciət tarixi: 04.11.2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az