Tech.az Media redaktor komanda yoldaşı axtarır

Tech.az Media redaktor komanda yoldaşı axtarır

Azərbaycanın ən sürətli texnologiya mediası Tech.az Media texnologiya, innovasiya və startap sahəsində xəbər yazacaq redaktor axtarır.

Görəcəyi işlər:
•Gündəlik xəbərlərin yazılması;
•Məqalələrin yayımlanması;
•Xəbərlərin sosial mediada yerləşdirilməsi;
•Sabit postlar üçün araşdırmanın edilməsi;
•Tədbir və görüşlərdə iştirak etmək;

Tələblər:
•Texnologiya sahəsində xəbər və məqalə yaza bilmək;
•Maraqlı başlıqlar yaza bilmək;
•Araşdırma edə bilmək və unikal xəbərlər yazmaq;
•Startap ekosistemi haqqında məlumatlılıq;
•Təşəbbüskarlıq;
•Azərbaycan dilinin yazlı qaydalarını bilmək;

Qazanılanlar:
•24/7 açıq və rahat ofis;
•Güclü netvörkinq şəbəkəsi;
•İnkişaf və öyrəmə üçün dəstək;
•Rahat iş vaxtı;

Bizimlə bir komandada çalışıb inkişaf etmək istəyən şəxslər [email protected] mail ünvanına CV və varsa, məqalələrini yollaya bilərlər.

Tech.az Media Azərbaycanda innovasiya, startap və texnologiya mövzularında məzmunlar yayımlayan yerli texnologiya mediasıdır. Xəbər, məqalə, müsahibə və video məzmunlarda texnologiya dünyasının yenilikləri və aparıcı mütəxəssislərin təcrübələri paylaşılır.
Həmçinin Tech.az Media bir sıra beynəlxalq brendlərin yerli təmsilçisidir və Bakıda bu tədbirləri təşkil edir.
Tech.az saytı və sosial media hesabları ilə yerli startap ekosistem üzvlərinə və region ölkələrinə yeniliklər həm Azərbaycan, həm də İngilis dilində çatdırılır. Ölkəmizdə ən sürətli texnologiya mediası olan tech.az-ın izləyiciləri “TechDisapora” üzləri, yerli özəl şirkət və dö


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az