Cümə axşamı, 17 İyul, 2025

Karyeranıza İnsan Resursları sahəsində başlamaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!


  • Dərc edildi: 5 Noyabr, 2022 - 13:10
Karyeranıza İnsan Resursları sahəsində başlamaq  istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Əziz məzunlar, əgər karyeranıza İnsan Resursları sahəsində başlamaq və böyük ailəmizin bir üzvü olmaq istəyirsinizsə,bu fürsəti qaçırmayın!

Tələblər:

 

• Ali təhsilli (İqtisadiyyat, Menecment, İnsan resursları, Biznesin idarə edilməsi və s. ixtisası üzrə) məzunlar;

• İş təcrübəsi tələb olunmur;

• AR Əmək Qanunvericiliyinin bilməlidir;

• MS Office proqramlarından istifadə etməyi bacarmalı.

 

İş haqqında məlumat:

 

• Nahar şirkət tərəfindən təmin edilir;

• Staj müddəti ödənişlidir;

• İş qrafiki: həftə içi 5 gün saat 09:00-18:00.

 

Vəzifə öhdəlikləri:

 

• Müəssisədə işçilər barədə məlumatların toplanması,məlumat bazasının formalaşdırılması;

• İşçilərə aid sənədlərin surətinin çəkilməsi, skan olunması;

• İşçilərin şəxsi işlərinin formalaşdırılması və dosyaların səliqəyə salınması.

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində ``Təcrübə proqramı`` qeyd olunmalıdır) göndərə bilərlər

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 132
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 394
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 5208
Yeni məzunlar üçün I...