Dövlət Məşğulluq Agentliyi Dünya Marketinq Sammitində ödənişsiz iştirak imkanı yaradır
Dünyanın nüfuzlu beynəlxalq marketinq Sammitinə pulsuz bilet əldə etmək istəyirsiniz? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sizin üçün bu fürsəti yaradır. Artıq 10 ildir ki, baş tutan Dünya Marketinq Sammitinə (World Marketing Summit) ödənişsiz şəkildə bilet əldə edə bilərsiniz.
Bu ilin 6-7 noyabr tarixlərində (2 gün ərzində 48 saat) online formatda keçiriləcək “World Marketing Summit”də 150-dən çox spiker, akademik, biznes sferasından tanınmış şəxslər və həmçinin ictimai xadimlər iştirak edəcək. Azərbaycandan isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli bu tədbirdə spiker kimi iştirak edəcək.
Dövlət Məşğulluq Agentliyinin adından qeydiyyatdan keçən hər kəs üçün tədbirdə iştirak ödənişsizdir. Bunun üçün aşağıda qeyd olunan addımları yerinə yetirmək lazımdır.
- http://ewms.morpho.az/ saytına daxil olun,
- “bilet al” erkanında tələbələr üçün olan kateqoriyanı seçim edin,
- tələb olunanları doldurarkən universitet bölməsinə: Dövlət Məşğulluq Agentliyi, fakültə bölməsinə: TFMA yazın,
- tələbə biletinin fotosu hissəsində isə şəxsiyyət vəsiqənizin ön və arxa hissəsinin fotosunu yükləyin və qeydiyyatı tamamlayın.
Sammitin təşkilatçısı marketinqin banisi, professor Dr. Filip Kotlerdir. Tədbirdə 100 milyondan çox şəxsin iştirak edəcəyi planlaşdırılır. Milyonlardan biri də siz olun!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur