Strukturun adı: Peşə Hazırlığı Mərkəzi (Bərdə)
Vakant vəzifə: Rəhbər vəzifələr
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- Peşə hazırlığı mərkəzinin resurslarının (maddi, fiziki, insan) səmərəli idarə edilməsini təmin etmək;
- Peşə hazırlığı mərkəzinin davamlı strateji inkişafının təmin olunması üçün təkliflər vermək və addımların icrasını təmin etmək;
- Mümkün inkişaf imkanlarını müəyyən etmək və Mərkəzin fəaliyyətini təkmilləşdirmək üçün maraqlı tərəflərlə - işəgötürənlər, təlimçilər, vətəndaşlar və müvafiq qurumlarla əlaqələr qurmaq
- Mərkəzin fəaliyyəti üçün planlaşdırma, koordinasiya, resursların idarə edilməsi və nəzarəti təmin etmək;
- Mərkəzin peşəkar administrativ və təlimçi heyətinin formalaşdırılmasına, onların peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması ilə bağlı tədbirlərin icrasına rəhbərlik etmək;
- İşəgötürənlərlə əməkdaşlığı formalaşdırmaq və onların ehtiyaclarına uyğun peşə və ixtisaslar üzrə kursların təşkilinə rəhbərlik etmək;
- Regional Məşğulluq Mərkəzləri ilə əməkdaşlıqda işsiz şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsinə rəhbərlik etmək;
- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında ödənişli qısamüddətli kurslar və tematik təlimlərin təşkilinə rəhbərlik etmək;
- Təlim-tədrisin müvafiq qanun, qayda və standartlar əsasında təşkilini təmin etmək və keyfiyyətinə nəzarəti həyata keçirmək;
- Tədrisdə inklüzivliyin təmin edilməsinə rəhbərlik etmək;
- Müvafiq sorğular əsasında aylıq, rüblük, yarımillik və illik hesabatları Agentliyə təqdim etmək;
- Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsədlərini, planlarını müəyyən etmək və onların icrasına rəhbərlik etmək;
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- İdarəetmə bacarığı,
- Problem həll etmə bacarığı;
- Çeviklik və qərar vermə bacarığı;
- Yüksək ünsiyyət qurma və maraqlı tərəflərlə işləmə bacarığı;
- Dəyişiklikləri idarəetmə bacarğı;
- Riskləri idarəetmə bacarığı;
- İnnovativ, yaradıcı və analitik yanaşma bacarığı;
Son tarix 30 sen 2023
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsinə müraciət etmək istədikləri regionun adını qeyd edərək “Bərdə üzrə rəhbər vəzifələr” CV-lərini [email protected] email ünvanına göndərmələri xahiş olunur. Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur