PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyası

“Bank Respublika” ASC PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və beynəlxalq ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalara uyğunluğunun yoxlanılması;
  • Müştərilərin qəbulu və hesabların açılması zamanı müştəri profilinin Öz Müştərini Tanı (KYC) bankdaxili prosedurlara uyğunluğunun yoxlanılması;
  • Əməliyyatların avtomatlaşdırılmış monitorinqi üçün şübhəlilik indikatorları əsasında proqram təminatında biznes ssenarilərin yazılması, sistemin monitorinq imkanlarının inkişaf etdirilməsi;
  • PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; 
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;
  • PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi; 
  • Müxbir bank və digər maliyyə institutlarından Rus və İngilis dillərində daxil olan sorğuların cavablandırılması;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil - maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil;
  • Bank sahəsində ən azı 1,5-2 illik iş təcrübəsi (Bankın əməliyyat və ya plastik kartlar sahəsində iş təcrübəsinin olması arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə, SQL biliklərinə üstünlük verilir;
  • Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
  • PL/TMM sahəsi üzrə yerli qanun və normativ qaydalar üzrə biliklər; 
  • PL/TMM sahəsi üzrə iş təcrübəsi, yerli və ya beynəlxalq sertifikatların olması əlavə üstünlükdür;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;
  • PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az