Bazar ertəsi, 21 İyul, 2025

“Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə


  • Dərc edildi: 23 Avqust, 2022 - 09:45
“Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə

Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA Azerbaijan) təşkilatçılığı və "Forest School Azerbaijan"nın dəstəyi ilə 6-9 sentyabr tarixlərində Mingəçevirdə “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə təşkil ediləcək.

Düşərgənin keçirilməsində məqsəd gənclərin iştirakçılığı yolu ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə dəstək verməkdən ibarətdir.

Düşərgə müddətində iştirakçılar üçün "Cins və gender", "Məsuliyyətli atalıq", "Gender bərabərliyi”, “Gender əsaslı cins seçimi və gender əsaslı zorakılıq” mövzularında təlimlər keçiriləcək. Həmçinin, onlar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunacaqlar.

Düşərgədə Qax, Lənkəran, Mingəçevir, Bakı, Sumqayıt, Gəncə, Ağsafa və Tovuzdan olan 15-18 yaşlı oğlanlar iştirak edə bilər.

Qeyd etmək lazımdır ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilir. Sözügedən proqramlar Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə icra olunur.

Qeydiyyat linki: https://bit.ly/3AGVJdB

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3705
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2112
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 198
Bu gündən tələbələri...