reklam

“Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinə start verilir (ÖDƏNİŞSİZ)

“Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinə start verilir

 

“İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinə start verilir.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, layihənin ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vuraraq seçilmiş iştirakçılar 2 ay müddətində insan hüquqlarının əsasları, əmək qanunvericiliyinə giriş, əməkhaqqı və iş saatı, təhlükəsizlik və sağlamlıq, müavinətlər və pensiyalar kimi bir sıra mövzularda təlimlərdə iştirak edəcəklər. Qeyd olunub ki, təlimlər qeyri-formal təhsilin metod və vasitələrinə əsaslanaraq keçiriləcək və baş tutacaq fəaliyyətlər müzakirə, qrup işi, rol oyunu və digər interaktiv üsullarla aparılacaq. 

Layihə çərçivəsində həmçinin “təlimçilər üçün təlim” proqramının həyata keçirilməsi nəzərdə tutulur. Təşkilat tərəfindən diqqətə çatdırılıb ki, layihəni uğurla başa vurmuş gənclər layihənin davamlılığının təmin olunması məqsədilə təlimlər müddətində əldə etdiyi bilik və bacarıqları multiplayer qismində respublikamızın bir sıra şəhər və rayonunda yerləşən təhsil müəssisələri, gənclər təşkilatları və digər qurumlarda öz auditoriyaları ilə bölüşəcəklər.

“Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinin keçirilməsində əsas məqsəd gənclər arasında əmək qanunvericiliyi üzrə bacarıqları daha da təkmilləşdirmək, seçilmiş iştirakçıların əmək hüququ üzrə təlimçi kimi inkişaf etdirmək, habelə region gənclərinin insan hüquqları ilə bağlı biliklərini artıraraq ümumilikdə dövlət gənclər siyasətinə töhfələr verməkdir. Layihə Avropa Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Layihəyə 17-29 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib, habelə təlimçilik fəaliyyətinə marağı olan və bu sahədə özünüinkişafa maraqlı gənclər qatıla bilərlər. Müraciətlərin qəbulu 10 mart 2023-cü il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3SJiKUv 

Son qeydiyyat tarixi: 10.03.2023


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az