Çərşənbə, 27 Avqust, 2025

İşə qəbul üzrə menecer (Recruiter) vakansiyası


  • Dərc edildi: 1 İyul, 2024 - 11:30
İşə qəbul üzrə menecer (Recruiter) vakansiyası

Inci group of companies İşə qəbul üzrə menecer (Recruiter) vakansiyası elan edir!



Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya və ya İnsan resursları sahəsində);
- Yaş: 23-35;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Kollektiv və işçi heyəti ilə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Uğurlu namizədlərlə bağlı referansların alınması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
- Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
- Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;

İş qrafiki:
-İş saatları 09:00 – 18:00;
- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Şənbə və Bazar istirahət günü;
- Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə menecer" yazaraq [email protected] mail ünvanına və ya 077-441-55-44 nömrəsinin whatsapına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 669
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 135
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7523
Sumqayıt Dövlət Univ...