İngilis dili üzrə Baş müəllim vakansiyası

Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

Baş müəllim İngilis dili üzrə

Tələblər və vəzifə öhdəlikləri:

  • İngilis dili müəllimliyi və ya İngilis dili tərcüməsi ixtisasından məzun olmalı;
  • İngilis dili bilik səviyyəsi Advanced olmalı;
  • IELTS dərəcəsi minumum (7-7.5) olmalı;
  • Müxtəlif yaş qruplarına ingilis dilinin tədrisində təcrübəli olmalı; 
  • İngilis dilinin tədrisi üzrə 5 il iş təcrübəsi olmalı; 
  • İngilis dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları olmalı;
  • Tədris proqramlarının hazırlanmasında iştirak və icrasına nəzarət etməli;
  • Dərslərin monitorinqi və qiymətləndirilməsini aparmalı; 
  • Müəllim heyəti ilə pedaqoji görüşlərin təşkili və inkişaf istiqamətli işləri görməli; 
  • Müəllimləri koordinasiya etməli;
  • Dil tədrisi metodikasında mövcud tendensiyalar və inkişafları bilməli;
  • Tələbə ehtiyaclarının ödənilməsini təmin etmək üçün akademik məsləhətçi heyətimizlə ortaq çalışmağı bacarmalı;
  • Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarıqları olmalı;
  • Vaxt idarəetmə bacarığı olmalı;
  • Ümumi şöbəyə nəzarət etməli;
  • Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL, SAT və s);
  • Tədris proseslərinin və müəllimlərin idarə olunması üzrə təcrübə mütləqdir;
  • İngilis dili şöbəsinin idarə edilməsi üçün idarəetmə təcrübəsi mütləqdir.

 

İş haqqında:

-       İş qrafiki: Full time;

-       ARƏM uyğun işə qəbul;

-       Səmimi, inkişaf edən və peşəkar bir komandada işləmək imkanı.

 

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU ilə üzbəüz, Zahid Xəlilov küçəsi 25B.

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “Baş müəllim İngilis dili üzrə” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az