Tədris və təlim işləri üzrə idarəçi vakansiyası

Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik. 

 

İşin adı: Tədris və təlim işləri üzrə idarəçi 

İşin təsviri: 

  • Müəllimlərin işə qəbul və seçim prossesində iştirak edilməsi və uyğun namizədin seçilməsi;
  • Tədris metadologiyasından anlayışlı olmaqla yanaşı,tədris ləvazimatının seçimi və tənzimlənməsi;
  • Müəllimlərlə vaxtaşırı görüşlərin keçirilməsi və onların təklinin dinlənilməsi,lazım olduqda motivasiyaedici söhbətlərin aparılması;
  • Hər bir müəllimin dəvamiyyət cədvəlində uyğun qeydiyyatlarının vaxtlı-vaxtında aparılmasına nəzarət edilməsi;
  • Keçirilən proqrama uyğun ayda 2 dəfə mövzu qiymətləndirilməsi və ayda 1 dəfə ümumi qiymətləndirmə edilməsi;
  • Tələbələrin dərsə davamiyyət və hazırlıq səviyyəsinin aylıq hesabatının müəllimlərdən tələb edilməsi;
  • Seminarların təşkil olunması;
  • Digər rəqib şirkətlərin tətbiq etdiyi metodları araşdırıb,mənfi və müsbət tərəflərinin qeyd olunması;
  • Müəllim proqramlarının düzgün tərtibinə nəzarətin həyata keçirilməsi;
  • Ölkədə təşkil olunan kursları araşdırıb qeydiyyatının aparılması;
  • Kurs qiymətlərinin bazar qiymətinə uyğun olaraq müəyyən etmək, lazım gələrsə rəqabət qabiliyyətli yeni qiymətlər müəyyən etmək;
  • Kursun müştəri bazasının genişləndirilməsi üçün kursa yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərin göstərilməsinin təşkil etmək;
  • Gündəlik, həftəlik və aylıq yenilənən hesabatları tərtib etmək, rəhbərliyi işin gedişatı ilə bağlı məlumatlandırmaq
  • Kollektivdə xoş abu-hava yaratmaq və kollektiv ruhunu yüksəltməklə işin keyfiyyətini artırmaq;
  • Tələbələr üçün testlərin hazırlanması və tətbiq olunması,səviyyə imtahanlarının təşkil olunması;
  • Müəllimlərin  işə qəbul prosesi üçün imtahan suallarının hazırlanması və tətbiqi;
  • Müəllimlərlə müqavilə işlərinin aparılması, maaşların hesablanması;
  • Filiallarda müəllim seçiminə və dərs prosesinə nəzarət edilməsi;
  • Filiallarda gəlirin artırılması istiqamətində addımlar atılması;
  • Təklif etdiyi layihələrlə bağlı reklam mətnlərinin tərtibi;
  • Universitetlər, həmkarlar ittifaqları, gənclər təşkilatları və məktəblərlə əməkdaşlıq üçün görüşlərin keçirilməsi;
  • Kollektivdə xoş abu-hava yaratmaq və kollektiv ruhunu artırmaqla işin keyfiyyətini artırmaq;
  • Otaqlarda keyfiyyətli dərs təşkili üçün əlverişli şəraitin olub-olmamasını yoxlamaq;
  • Müəllimlərin təlimat qaydalarına uyğunlaşmalarına nəzarət etmək və həftəlik hesabat  aparamaq;
  • Ayın müəllimi və ayın tələbəsini seçmək;
  • Təhsil keyfiyyətinin yüksəldilməsi üçün gərəkli addımları atılması,mərkəzin cari fəaliyyətinin təşkil və idarə olunması.

 

  Namizədə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Tədris sahəsində minimum 3 il iş təcrübəsi
  • Azərbaycan və ingilis dillərində peşəkar ünsiyyət və yazı bacarığı (Beynəlxalq sertifikatın olması üstünlükdür);
  • Müştəri xidmətlərini təşkil etmə bacarıqları;
  • Yüksək səviyyədə təşkilatçılıq bacarıqları;
  • Mükəmməl vaxt idarəetmə bacarıqları;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Güclü nəzarət və liderlik bacarıqları.

 

İş qrafiki:

  • 6 günlük iş qrafiki;
  • Həftədə bir gün istirahət.

 

İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tədris işləri üzrə idarəçi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az