"İnsan resursları üzrə aparıcı mütəxəssis" vakansiyası

Caspel LLC şirkətində aktiv olan "İnsan resursları üzrə aparıcı mütəxəssis" vakansiyası

Vəzifəyə aid qoyulan tələblər:
• Təhsil: Ali;
• Yaş: 25-35 ;
• İnsan resursları sahəsində 3 ildən artıq iş təcrübəsi;
• Rus dili biliyi mütləqdir;
• MS Office proqramlarını yaxşı bilməli;
• ERP bilikləri olanlara üstünlük verilir;


Öhdəliklər:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş əmək fəaliyyəti haqqında arayış verir;
- Davamiyyət cədvəlini hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmama vərəqəsi”-ni qəbul edir, yoxlayır, İnsan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların hesabatını aparır;
- Əmək fəaliyyəti üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;


Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.


Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
- Könüllü tibbi sığorta ilə təmin edilmə;
- Korporativ nömrə və danışıq balansı;
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az