reklam

“Rabitəbank” ASC Marketinq Departamentinə Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir

“Rabitəbank” ASC Marketinq Departamentinə Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir.

 Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;
  • Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş;
  • A/B testlərin edilməsi və nəticələrin analizi;
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
  • Onlayn kart, kredit və digər məhsulların satışının rəqəmsal reklamlar vasitəsilə artırılması;
  • Rəqiblərin analizinin aparılması və təhlili;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması;
  • Bankın saytının admin-panelində tələb olunan dəyişiklikləri etmək;
  • Ən son istehlakçı və marketinq tendensiyalarından və texnologiyadakı inkişaflardan xəbərdar olmaq və tətbiq etmək;
  • Veb sayt və mobil tətbiqlərin statistik və müştəri təcrübəsi göstəricilərinin daim yüksək səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini təmin etmək;

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat);
  • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili arzuolunandır;
  • Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
  • Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyllilik;
  • Öyrənməyə və şəxsi inkişafa meyllilik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24.12.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az