
"Avrora" MMC “Dizayner” vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
· Marketinq komandasının fəaliyyətinə dəstək məqsədilə POS-materialların dizaynlarını hazırlayır (shelf talker, kataloq və s.);
· Şirkətin sosial şəbəkələrdəki səhifələri üçün müxtəlif növ posterlər hazırlayır;
· Daxil olan sorğular əsasında korporativ videomaterialların hazırlanmasını həyata keçirir (ayın işçisi, bayram təbrikləri və s.);
· Müxtəlif növ mətnlərin redaktə edilməsini (dizayn) icra edir;
· Marketinq tələblərinə uyğun olaraq yeni qablaşdırma və etiket dizaynları hazırlayır.
Tələb olunan bilik və bacarıqlar:
· Adobe İllustrator, Corel Draw, Adobe Photoshop, Adobe After Effects, 3D(arzuolunandır), proqramlarında işləmə bacarığı;
· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
· Kreativ və yenilikçi düşüncəyə malik olması;
· Kollektivdə işləmə bacarığı;
· Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.).
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil;
· Dizayner vəzifəsi üzrə 3 il iş təcrübəsi;
· Dil bilikləri: Rus dili biliyi arzolunandır.
İş şərtlərimiz:
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri : Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· İşçilərə qayğı proqramı;
· Peşəkar komanda mühiti;
· Nahar;
· Şirkət hesabına korporativ nömrə;
· Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Dizayner” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur