Lotereya məhsulu üzrə menecer
Vəzifənin adı: Lotereya məhsulu üzrə menecer
Qısa xülasə: Bu vəzifə GTM (Bazara Çıxmaq) məhsul strategiyasının həyata keçirilməsinə və istehlakçılara və Lotereya oyunları/İdman Mərcləri/Virtual Oyunlar portfeli ilə bağlı təşəbbüslərin müəyyənləşdirməsindən məsul olacaq.
Hesabat verir: Marketinq direktoruna
Əsas öhdəliklər:
- Oyunun əvvəlindən axırınadək oyunçunun fəaliyyətini və insanyönümlülük baxımından səyahəti tərtib etmək və müştəri üçün dəyərli olan təklifləri yaratmaq və sürətli dövriyyəyə və məfəət artımına nail olmaq.
- Yeni məhsulların və onların xüsusiyyətlərinin kəşfindən başlayaraq satışa çıxarılmasına, izlənməsinə və təkmilləşdirilməsinə qədər bütün prosesi idarə etmək və aparmaq.
- Marketinq üsullarına analitik və texniki yanaşmanı tətbiq etmək, ƏPG-ləri həyata keçirmək və məlumatlardan istifadə etməklə məhsulun mənfəət və itkisi və məhsul portfelinin mənfəətinə dair hesabat təqdim etmək.
- Bazar payına və brend barədə məlumatlılıq hədəflərinə nail olmaqla yanaşı oyunçu sayını, portfeldəki payı və gəliri artırmaq məqsədilə aidiyyəti şöbələrlə birlikdə yeni layihələri işləyib hazırlamaq.
- Məhsulların hədəflərinə nail olunmasına uyğun olaraq gəlirliliyi artırmaq üçün marketinq strategiyasının təhlilini aparmaq və yol xəritələrini hazırlamaq.
- Məhsulların bazar hədəflərinə çatması üçün marketinq strategiyalarının müəyyən olunmasına töhfə verməklə mənfəəti artırmaq.
- Elektron platformaların, vebsaytların və tətbiq istifadəçilərinin sayını artırmaq, mövcud istifadəçiləri saxlamaq və portfel payını artırmaq.
- Müştəri ehtiyaclarını daha yaxşı başa düşmək və təhlil etmək və mövcud məhsulları səmərəli idarə etmək.
- Biznesin funksionallığını təmin etmək, geniş və davamlı səmərəliliyi təmin etmək.
- Tərəfdaşlarla/təchizatçılarla münasibətləri və agentlik əlaqələrini idarə etmək.
- Daxili əməliyyatları təhlil etmək və prosesin təkmilləşdirilməsi sahələrini müəyyənləşdirmək.
- İcraya nəzarət etməklə onu izləmək və lazım gəldikdə, düzəldici tədbirlər görmək və həm cari, həm də proqnozlaşdırıcı hərtərəfli hesabatlar hazırlamaq.
- Nəzarət etmək və təchizatçıların icrasını yaxşılaşdırmağa çalışmaq.
- Şirkətin bazar araşdırmasına töhfə vermək.
- Lotereya oyunlarının şərtlərinin mövcud qanunvericiliyə uyğun hazırlanmasını təmin etmək və keçirilməsinə nəzarət etmək.
- Tirajlı lotereyaların efir proqramlarının idarə edilməsi, televiziya studiyasında keçirilən tirajlı lotereya oyunlarına nəzarəti təmin etmək.
- Televiziya studiyasında çalışan texniki personal ilə mütəmadi əlaqəni təmin etmək, studiyada lototron və digər texniki avadanlıqlara, onların işlət vəziyyətdə olub olmamasınına nəzarəti təmin etmək.
- Tirajlı lotereyalarda uduş fonduna nəzarəti həyata keçirən tiraj komissiyasının lotereyaların təşkili və keçirilməsi qaydalarında nəzərdə tutulmuş sayda və tərkibdə olmasını təşkil etmək.
- Lotereya biletlərinin dizaynlarının, sifariş miqdarlarının və çapına nəzarət edilməsi
- Lotereya oyunlarının hesabatlarının mövcud qanunvericiliyə uyğun hazırlanması və Mərkəzi Banka göndərilməsini təmin etmək. (tiraj komissiyası haqqında hesabat, lotereya biletləri haqqında hesabat, tirajın yekunları haqqında hesabat, Ani lotereyalar üzrə çap olunmuş və satışa buraxılmış lotereya biletləri haqqında hesabat, Ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında aylıq hesabat, Ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında yekun hesabat)
- Mərkəzi Banka rüblük və kumulyativ statistik məlumatların mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilməsini təmin etmək.
- Lotereya biletlərində nəzərdə tutulmuş rekvizitlərin mövcud qanunvericiliyə uyğun olaraq tam əks olunmasına nəzarət etmək.
- İqtisadiyyat Nazirliyinə sənəd dövriyyəsi haqqında (6 aylıq və illik) hesabat.
- İqtisadiyyat Nazirliyinə vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə bağlı (aylıq, rüblük və illik) hesabatların təqdim edilməsi.
- Lotereya oyunlarının təşkili və keçirilməsi ilə bağlı daxil olan ərizə, təklif və şikayətlərin cavablandırılmasını təmin etmək.
Tələblər:
- Aidiyyəti sahələr üzrə bakalavr dərəcəsi (MBA-ya üstünlük verilir)
- 5 ildən artıq müxtəlif və mütərəqqi iş təcrübəsi (Elektron ticarət/rəqəmsal sahədə təcrübəyə üstünlük verilir)
- Biznes zəkası və məlumatların təhlili üsulları barədə anlayış
- Yaxşı planlaşdırma və təşkilatçılıq bacarıqları
- Məhsulun idarə edilməsi , ticarət marketinqi və əhəmiyyətli büdcələrin idarə edilməsi sahəsində təcrübə
- Hər növ proqram təminatında (IOS, Android, web və s.) geniş cihaz sınaqları və istənilən növ back-office proqram təminatında (e-ticarət, xəbər saytı və s.) məzmunun yenilənməsi təcrübəsi
- Mükəmməl problemin həll edilməsi və analitik düşünmə bacarıqları
- MS Office alətləri və BZ ilə işləmək bacarığı
- Yaxşı ünsiyyət bacarığı
- Səmərəlilik və effektivlik-yönümlülük
- Nümunəvi rəhbərlik təcrübəsi
- İdmana maraq
- İngilis və rus dillərində yaxşı danışıq və yazı bacarığı, Türk dilində bilənlərə üstünlük verilir
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Lotereya məhsulu üzrə menecer" yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur