26 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasimi keçirilib.
"Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasimi Bakı şəhəri 169 nömrəli tam orta məktəbdə keçirilib.
Açılışda 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Debat Vətəndaş Cəmiyyəti (DVC) İctimai Birliyinin sədr müavini Əli İsgəndərli, 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev, 284 nömrəli tam orta məktəbin direktoru Xalid Alıhüseynov, 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abbasova, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Layihənin əsas məqsədi məktəblərdə debat klubunun təşkili ilə təhsilalanlar arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf
etdirilməsidir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən yanvarın 15-dək davam edəcək.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur