TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb
TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb. Azərbaycanın 4-cü sinif şagirdləri riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci, təbiət elmləri üzrə isə 422 balla daha aşağı nəticə göstəriblər. Bu nəticələr əvvəlki dövrlərlə müqayisədə azalma nümayiş etdirir. Azərbaycanın 4-cü sinif riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub. 4-cü sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.
8-ci sinif şagirdləri riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci, təbiət elmləri üzrə isə 411 balla daha aşağı nəticə göstəriblər. Azərbaycanın 8-ci sinif riyaziyyat nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub və Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır.
Təhsil İnstitutu tərəfindən aparılan ilkin təhlil göstərir ki, həm 4-cü, həm də 8-ci sinif şagirdləri bilik əsaslı suallara daha yaxşı cavab veriblər, lakin tətbiqetmə və əsaslandırma bacarıqları tələb edən suallarda çətinlik çəkiblər. Şagirdlər həm riyaziyyat, həm də təbiət elmləri üzrə qapalı tipli test tapşırıqlarına daha yaxşı cavab verdikləri halda, açıq tipli suallarda aşağı nəticə göstəriblər.
Təhsil İnstitutu TIMSS 2023 nəticələrinin ətraflı təhlilini apararaq tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər və iş planı hazırlayacaq
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur