Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (qrafik dizayner) vəzifəsi üzrə işə qəbul elan edir.

Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (qrafik dizayner) vəzifəsi üzrə işə qəbul elan edir.

 

Vəzifə öhdəlikləri

  • Facebook, Instagram, LinkedIn və digər sosial media platformaları üçün cəlbedici, orijinal və brendə uyğun posterlər, bannerlər və digər vizual materiallar hazırlamaq.
  • Broşürlər, bukletlər, hesabatlar, təqvimlər, afişalar, roll-up və digər çap materiallarının dizaynını hazırlamaq.
  • Veb saytlar üçün UI/UX dizaynların hazırlanması.
  • Fonda aid daxili istifadə üçün hazırlanmış platformaların istifadəçi interfeysi və təcrübəsini optimallaşdırmaq.
  • Responsive (mobil uyğun) dizayn prinsiplərini tətbiq etmək.
  • Təqdimatlar üçün kreativ dizaynlar hazırlamaq.
  • Məlumatların daha anlaşılan və vizual formada təqdim edilməsi üçün infoqrafiklər yaratmaq.
  • Süni intellekt və avtomatlaşdırma vasitələrindən (məsələn, Midjourney, DALL-E) istifadə etmək.
  • Brendbukun yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək.

Təhsil

  • UI/UX Dizayn, Qrafik dizayn, təsviri incəsənət və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Müvafiq sahələr üzrə sertifikatlar arzuolunandır (məsələn, Google UX Design, Adobe Certified Professional).

Təcrübə

  • Müvafiq fəaliyyətlə bağlı ən azı 2 il iş təcrübəsi.

Bilik və bacarıqlar

  1. Proqram təminatı:
    • Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) proqramlarında mükəmməl iş bacarığı.
    • Figma və ya Sketch proqramlarında mükəmməl işləmək bacarığı.
    • After Effects, Premiere Pro kimi video və animasiya proqramları üzrə biliklər arzuolunandır.
  2. Texniki biliklər:
    • UI/UX prinsipləri.
    • Çap üçün materialların texniki parametrləri (ölçülər, rəng modelləri, kəsim xətləri və s.).
    • Rəng nəzəriyyəsi və tipoqrafiya.
    • Responsive dizayn və HTML/CSS.
  3. Şəxsi keyfiyyətlər:
    • Yaradıcı düşüncə və innovativ yanaşma.
    • Detallara diqqət və yüksək dəqiqlik.
    • Təzyiq altında işləmə qabiliyyəti və vaxtı effektiv idarə etmək bacarığı.
    • Ünsiyyətcil və komandada işləmək bacarığı.
    • Təqdimat bacarığı, layihələri aydın və təsirli şəkildə təqdim etmək.
  4. Dil bilikləri:
    • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
    • Rus və ingilis dili biliyi arzuolunandır.

İş şəraiti

  • İş saatları - 09:00-dan – 18:00-dək.
  • Şənbə, bazar istirahət günləridir.

Əmək haqqı

Müsahibə zamanı əlavə məlumat veriləcək.

Müraciət et



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az