Çərşənbə axşamı, 12 Avqust, 2025

1-ci “Rəqəmsal İdeya Müsabiqəsi” başlayır


  • Dərc edildi: 14 Aprel, 2022 - 12:01
1-ci “Rəqəmsal İdeya Müsabiqəsi” başlayır

YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi” başlayır! Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır. Öz innovativ yanaşmaları ilə fərqlənən gənclər arasından yekunda 120 nəfər seçiləcək. Seçilmiş iştirakçılar əsasında 30 komanda formalaşdırılacaq. 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”-ndə iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar. Qalib komandaları xüsusi mükafat və dəyərli hədiyyələr gözləyir! 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”-ndə iştirak etmək və gələcəyin çağırışlarına öz töhfənizi vermək istəyirsinizsə, aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz. 📝:bit.ly/37bnH59 ❔: [email protected] 📅Son qeydiyyat tarixi: 12:00, 28.04.2022 📍Bakı Ali Neft Məktəbi

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6354
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1361
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 528
“İnnovativ məktəb” l...