reklam

Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə) vakansiyası

Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi

Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə)

 

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar.


Struktur bölmə:  Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru

Vakant vəzifənin adı:  Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə)

Qulluq funksiyaları: 

 

  • Səriştə modelinin nəzəri əsaslarını mənimsəmək, səriştə və bacarıqların siyahısının müəyyən olunması ilə əlaqədar təkliflər vermək;

 

Situasiya mühakimə testləri üçün tapşırıqlar yazmaq;

Rol oyunları, situasiya tapşırıqları, simulyasiya tapşırıqları və digər alətlərin hazırlanmasında iştirak etmək;

Bütün alətlərin tətbiqində iştirak etmək, keyfiyyətini təhlil etmək və müvafiq düzəlişlər təklif etmək;

Dövlət qulluqçularının fərdi xüsusiyyətlərini təhlil etmək və onların təlim ehtiyaclarını müəyyən etmək üçün psixoloji alətlərin hazırlamasında və tətbiqində iştirak etmək;

İngilis və rus dillərindən mətnləri tərcümə etmək, test, anket və digər alət və metodların adaptasiyasına yardım etmək;

Sınaq testlərinin təşkilinə və keçirilməsinə yardım etmək;

Maarifləndirici mətnlər, o cümlədən məqalə, hekayə, ssenarilər yazmaq, mətnləri yoxlamaq və redaktə etmək;

Hesabat və təqdimatların hazırlanmasına yardım etmək;

  • Verilən tapşırıqlara və məqsədlərə uyğun olaraq müsahibələrin, fokus-qrupların aparılması və qiymətləndirilməsi.

Təhsil tələbləri: Ali təhsil (psixologiya, sosial elmlər, fəlsəfə, idarəetmə, iqtisadiyyat, hüquq ixtisaslarına üstünlük verilir)

 


İş təcrübəsi: Praktiki iş və ya akademik təcrübəsi olanlara üstünlük verilir.

 


Xarici dil: İngilis və ya rus dilli üzrə sərbəst şəkildə oxuma, anlama, mətn hazırlama (ingilis dilinə üstünlük verilir)

Digər şərtlər: 

 

  • Microsoft Office (əsasən Word və Excel) proqramlarında sərbəst işləmə bacarığı;

 

  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, mətnlərin hazırlanması, redaktəsi və təhlili.

Tələb olunan səriştələr: Kommunikasiya (o cümlədən, arqumentasiya, inandırma), komandada işləmə, emosional zəka, analitik və tənqidi düşünmə, etibarlılıq və dürüstlük, məlumatların idarə edilməsi bacarığı, diqqətli yanaşma, dəyişikliklərə açıqlıq, öz üzərində işləmə bacarığı

Müsabiqə prosesi: 

1-ci mərhələ: "CV" əsasında seçim;

 

2-ci mərhələ: praktiki tapşırıqlar (yazılı mətnin təhlili, mətn hazırlama, xarici dildə oxuyub anlama və tərcümə);

3-cü mərhələ: təqdim olunan material əsasında test tapşırığı yazma;

4-cü mərhələ: üz-üzə müsahibə.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "CV formasını" mövzu bölməsində “Məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 22 yanvar 2023-cü il tarixədək göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az