Şənbə, 17 May, 2025

Aparıcı məsləhətçi vakansiyası


  • Dərc edildi: 14 Yanvar, 2023 - 16:39
Aparıcı məsləhətçi vakansiyası

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti, İnsan resursları və hüquqi təminat şöbəsi, Hüquqi təminat sektoru

Aparıcı məsləhətçi

 

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

 

Struktur bölmənin adı: Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti, İnsan resursları və hüquqi təminat şöbəsi, Hüquqi təminat sektoru  
 

 

Vəzifənin adı: aparıcı məsləhətçi

 

Təhsilə dair tələb: hüquqşünaslıq ixtisası üzrə ali təhsil.

 

İş təcrübəsinə dair tələb: tələb müəyyən edilmir.

 

Qulluq funksiyaları:

 

müvafiq sahədə qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması və ekspertizasının aparılması;

hüquqi məsələlərlə bağlı məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə Mərkəzin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsinin təmin edilməsi;

əməkdaşlara Mərkəzin səlahiyyətləri, fəaliyyətinin əsas istiqamətləri üzrə hüquqi məsləhətlərin verilməsi və Mərkəzin fəaliyyətini tənzimləyən yeni qəbul edilmiş hüquqi aktlar barədə onların məlumatlandırılması;

dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;

dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi və bu barədə hesabatın hazırlanmasında iştirak edilməsi;

dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, həmin halların aradan qaldırılması, o cümlədən dövlət orqanlarının qərarlarının ləğv edilməsinə üçün sektor müdirinə təkliflərin verilməsi;

dövlət qulluğuna dair qanunvericiliyin və etik davranış qaydalarının təkmilləşdirilməsi üçün təkliflərin verilməsi və dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;

sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi;

sektora daxil olmuş sənədlərə, layihələrə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmasının və müvafiq rəy verilməsinin təmin edilməsi.

 

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.

 

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Hüquqi təminat sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək  göndərə bilərlər.

 

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

 

Əlavə olunan sənədlər:  Untitled attachment 00014.docx

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir!
15 May, 2025 - 16:38 518
Yay Riyaziyyat Düşər...
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
14 May, 2025 - 20:35 165
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 290
Azərbaycan Respublik...