Sinex Global MMC, logistika sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkət olaraq, mühasibatlıq üzrə təcrübə proqramına qəbul elan edir. Proqram, mühasibatlıq sahəsində təcrübə qazanmaq istəyən gənclər üçün nəzərdə tutulub
Tələblər:
• Məzunlar və magistr tələbələri
• Ali təhsil (Maliyyə, Mühasibat və İqtisadiyyat ixtisaslarına üstünlük verilir )
• İş təcrübəsi tələb olunmur (olması üstlünlükdür)
• Yüksək səviyyədə MS Office (xüsusən Excel) bilikləri
• Riyazi analiz bacarığı
• Orta səviyyədə ingilis dili bilikləri(ən azı B1), rus dili arzuolunandır
• Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti
• Komanda ilə işləmə bacarığı
Vəzifə öhdəliklər:
• Gündəlik qaimə və qəbzlərin işlənməsi
• Mühasibin verdiyi tapşırıqların tam olaraq vaxtında yerinə yetirilməsi
• Bütün mühasibatlıq əməliyyatlarında iştirak etmək
• İş saatları: 09:00-dan 18:00-dək
• İstirahət günləri: Şənbə və Bazar
• Təcrübə müddəti ərzində ödəniş olunacaq
• Nahar şirkət tərəfindən verilir
• Ünvan: ISR PLAZA,16th Floor
Qeyd: Özünü doğruldan namizədlərə işlə təmin olunma şansı veriləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Mühasibatlıq üzrə təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb