Tele-satış üzrə mütəxəssis vakansiyası

Tele-satış üzrə mütəxəssis vakansiyası

 

Vəzifə öhdəlikləri:

Müştərilərlə Telefonla Əlaqə:

  • Mövcud və potensial müştərilərlə telefon danışıqlarının aparılması, şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi.
  • Müştərilərin tələblərinin və ehtiyaclarının müəyyən edilməsi, uyğun məhsul və ya xidmətlərin təklif edilməsi.

Satış Hədəflərinin İcrası:

  • Qoyulmuş satış hədəflərinə çatmaq və ya onları aşmaq məqsədilə aktiv satış fəaliyyəti.
  • Satış kampaniyaları çərçivəsində müştərilərin məlumatlandırılması və stimullaşdırılması.

Məlumatların İdarə Edilməsi:

  • Müştəri məlumatlarının və zənglərin düzgün qeydiyyatının aparılması, əlaqələrin izlənməsi.
  • Hər bir müştəri ilə əlaqənin tarixinə uyğun olaraq yenidən əlaqə saxlamaq.

Müştəri Münasibətlərinin Qorunması:

  • Mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və qorunması.
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və onların şirkətə olan bağlılığının artırılması.

Məhsul və Xidmətlərin Tanıdılması:

  • Şirkətin məhsul və xidmətlərinin üstünlüklərinin müştərilərə izah edilməsi.
  • Satış üçün lazım olan məhsul biliklərinin davamlı yenilənməsi və inkişaf etdirilməsi.

 Hesabatların Hazırlanması:

  • Satış fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Satış nəticələrinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.

Komanda ilə Əlaqə:

  • Satış komandası ilə sıx əməkdaşlıq etmək, təcrübə və məlumat mübadiləsi aparmaq.
  • Birgə satış hədəflərinin yerinə yetirilməsi üçün komanda daxilində koordinasiya.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq, biznes və ya kommunikasiya sahəsində təhsil üstünlükdür);
  • Güclü analitik düşüncə, Problemlərin effektiv həll edilməsi bacarığı, Yüksək səviyyədə təşəbbüskarlıq, Araşdırma və bazar təhlili bacarıqları;
  • Satış sahəsində, xüsusən də telefon satışlarında iş təcrübəsi (1-2) il böyük üstünlükdür;
  • Azərbaycan və Rus dilini yüksək səviyyədə bilməsi (ingilis dili arzu olunandır);
  • Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilmək;
  • Mükəmməl satış və ünsiyyət bacarıqları.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Əmək haqqı razılaşma ilə; 
  • İş yeri: Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə (28 may metrosu yaxınlığı).

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Tele-satış üzrə mütəxəssis” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az