Çərşənbə axşamı, 26 Avqust, 2025

145 Group MMC qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə maaşlı təcrübə proqramına qəbul elan edir


  • Dərc edildi: 4 Dekabr, 2024 - 20:53
145 Group MMC qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə maaşlı təcrübə proqramına qəbul elan edir

145 Group MMC qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə maaşlı təcrübə proqramına qəbul elan edir. 

 

Proqram, qida sahəsində praktiki bilik və təcrübə qazanmaq istəyən gənclər üçün nəzərdə tutulub.

Tələblər:

  • Tələbələr, məzunlar və magistr tələbələri
  • Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya, Kimya və əlaqəli ixtisaslara üstünlük verilir)
  • İş təcrübəsi tələb olunmur (olması üstünlükdür)
  • Yüksək səviyyədə MS Office bilikləri
  • İSO, FSSC sertifikatlarının olması üstünlükdür
  • Analitik düşüncə və diqqətlilik
  • Orta səviyyədə ingilis dili bilikləri (ən azı B1), rus dili arzuolunandır
  • Gərgin iş şəraitində işləmək bacarığı, məsuliyyətlilik, problem həll etmə qabiliyyəti
  • Komanda ilə işləmə bacarığı

Vəzifə Öhdəlikləri:

  • Məhsul keyfiyyətinin və təhlükəsizlik standartlarının yoxlanılması
  • Gündəlik keyfiyyətə nəzarət sənədlərinin hazırlanması
  • Qida təhlükəsizliyi üzrə müvafiq prosedur və qaydalara əməl edilməsinin təmin edilməsi
  • Qida təhlükəsizliyi üzrə mütəxəssisin tapşırıqlarının icrası

Əlavə Məlumat:

  • İş saatları: part-time (günün birinci və yaxud ikinci yarısı)
  • İstirahət günləri: Şənbə və Bazar
  • Təcrübə müddəti ərzində ödəniş olunacaq (Maaş)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Ünvan: ISR PLAZA, 16-cı mərtəbə

Qeyd: Təcrübə müddətində özünü doğruldan namizədlərə işlə təmin olunma şansı veriləcək.

Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına, mövzu hissəsinə “Qida təhlükəsizliyi üzrə təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 629
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 122
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7478
Sumqayıt Dövlət Univ...