Çərşənbə axşamı, 1 İyul, 2025

Dövlət sektoru ilə özəl sektor əməkdaşlığı çərçivəsində növbəti kurslara qəbul aparılır


  • Dərc edildi: 1 Dekabr, 2022 - 17:11
Dövlət sektoru ilə özəl sektor əməkdaşlığı çərçivəsində  növbəti kurslara qəbul aparılır

Dövlət sektoru ilə özəl sektor əməkdaşlığı çərçivəsində  növbəti kurslara qəbul aparılır

 

Peşə öyrən, işsiz qalma! 

 

Mebel ustası, tornaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, frezerçi, qrafik dizayner, elektrik qaz qaynaqçısı, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE), elektrik və avtoarabacıqların sürücüsü, kompüterlərin təmiri və xidməti üzrə texnik və kompüter operatoru sahələri üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin nəzərinə!

 

Kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil ediləcək. 

Kursların müddəti 2 aydır və peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Hazırlıq kurslarını müvəffəqiyyətlə bitirən şəxslərin bitirdiyi peşə hazırlığı istiqaməti üzrə məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

17-50 yaş aralığında, minimum orta təhsilli, kompüterdən istifadə bacarıqlarına malik şəxslər yaşadıqlar ıərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. 

Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər  kurslara cəlb olunacaq. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 851
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 235
Sertifikatlaşdırmada...