Cümə axşamı, 7 Avqust, 2025

“Horizon Avropa” Proqramı üzrə layihələrin hazırlanması üçün təlimlər keçiriləcək


  • Dərc edildi: 13 Yanvar, 2023 - 16:16
“Horizon Avropa” Proqramı üzrə layihələrin hazırlanması üçün təlimlər keçiriləcək

“Horizon Avropa” Proqramı üzrə layihələrin hazırlanması üçün təlimlər keçiriləcək

Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə, AK-nın ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə təlimlərin keçirilməsi, həmçinin fərdi məsləhətlərin təşkil edilməsi nəzərdə tutulub.

Layihələrin hazırlanması üzrə 3 günlük təlim “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üzrə nəzərdə tutulmuş çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması üçün Azərbaycandan olan tədqiqatçılar və innovatorlara köməklik göstərilməsinə yönəldilib. Ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.

Təlimlər 6-10 fevral 2023-cü il tarixlərində Bakıda keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidirlər.

Əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr və xaircdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46;

Email : [email protected]

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5939
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1156
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 422
“İnnovativ məktəb” l...