Cümə, 22 Avqust, 2025

Təhsil İnstitutunun Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir


  • Dərc edildi: 6 Fevral, 2024 - 12:28
Təhsil İnstitutunun Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

Təhsil İnstitutunun Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Təhsildə strateji tədqiqatlar şöbəsi təhsilin bütün pillə və səviyyələri üzrə müxtəlif mövzularda tədqiqatlar aparır, həmçinin tədqiqatların icrasına nəzarəti həyata keçirir.

Vəzifə öhdəlikləri:

• Təhsilin müxtəlif pillə və səviyyələri üzrə fərqli mövzularda tədqiqatlar (nəzəri və tətbiqi) aparmaq;
• Tədqiqat istiqaməti üzrə elmi yenilikləri və trendləri izləmək;
• Tədqiqat təklifləri hazırlamaq;
• Datanın (məlumat) yığılması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
• Data təhlilinin nəticələri əsasında hesabatlar hazırlamaq;
• Multidisiplinar xarakterli tədqiqat layihələrinin icrası zamanı komandalarda iştirak etmək.

Tələblər:

• Təhsil istiqamətində ali təhsil (minimum magistratura);
• Təhsil sahəsində minimum 3 il təcrübə;
• Tədqiqat metodlarını peşəkar səviyyədə bilmə və tətbiqetmə;
• Data analizi proqramları haqqında məlumatlı olma və istifadə edə bilmə;
• Yerli və beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrə sahib olma;
• Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• Analitik və strateji düşünmə və problem həll etmə bacarığı;
• Müstəqil və komanda mühitində işləmək bacarığı;
• Təşəbbüskarlıq bacarığı.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 20.02.2024-cü il tarixinədək CV-lərini [email protected]  elektron poçt ünvanına “Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 357
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 72
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7211
Sumqayıt Dövlət Univ...