“Enterprise Azerbaijan” portalının “Startup School 2” layihəsinə sənəd qəbulu başladı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə birgə növbəti “Startup School” layihəsinə start verdi. “AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) devizi altında keçirilən budəfəki müsabiqə də startapçılara geniş imkanlar təqdim edir:
Layihəyə 17 mart 2024-cü il tarixinə qədər hər hansı ali təhsil müəssisəsini təmsil edən, süni intellekt ilə bağlı layihəsi və ya ideyası olan hər kəs (fərdi və ya 3-5 nəfərlik komanda şəklində) müraciət edə bilər.
Seçimlər 2 mərhələdə aparılacaq:
1) onlayn (qeydiyyat)
2) müsahibə
Nəzərinizə çatdırırıq ki, tədris ingilis dilindədir.
Daha ətraflı məlumat və qeydiyyat üçün www.startupschool.az və
ya https://enterpriseazerbaijan.gov.az/ saytlarına daxil olun.
“Startup School 2 - AI for Green Solidarity” layihəsinin reallaşdırılması üçün “Enterprise Azerbaijan” portalı 11 nüfuzlu qurumla əməkdaşlıq edir.
Tərəfdaşlar:
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb