Çərşənbə axşamı, 1 İyul, 2025

“DMA-da Təcrübə” proqramı


  • Dərc edildi: 7 Sentyabr, 2022 - 15:31
“DMA-da Təcrübə” proqramı

📌 Yenilikçi və innovativ qurumda təcrübə keçərək fərqli sahələr üzrə bilik və bacarıqlar əldə etmək istəyirsiniz? – O zaman “DMA-da Təcrübə” proqramı tam Sizin üçündür!

🔊 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İrəliləyİş” layihəsi çərçivəsində Bakı şəhəri və regionlar üzrə təşəbbüskar, yenilikçi, yaradıcı və həvəsli gənclər üçün Təcrübə proqramına start verir!

Təcrübə proqramının məqsədi könüllü gənclərin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir.

➡️ Tələblər:
🔹Ali təhsil (yeni məzun olmuş və ya magistr tələbələri);
🔹Microsoft Office proqramları üzrə biliklər;
🔹Araşdırma və analitik düşünmə bacarığı;
🔹Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

➡️ Proqram Sizə nələr qazandıracaq:
🔸 Yumşaq bacarıqlarınızı və texniki biliklərinizi inkişaf etdirmək üçün praktiki iş təcrübəsi;
🔸 Yüksək səviyyəli mentorlarla ünsiyyətdə olmaq və onlardan iş prinsiplərini öyrənmək;
🔸 Real korporativ mühitdə çalışmaq imkanı;
🔸 Güclü komandanın bir hissəsi olaraq ye

niliklərə imza atmaq;
🔸 Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübə qazanmaq;
🔸 Təcrübə proqramının sonunda təşəkkürnamə və ya sertifikatla təltif olunmaq;
🔸 Təcrübə proqramını uğurla bitirən təcrübəçilərin komandamıza qoşulmaq şansı.

➡️ Əlavə məlumatlar:
◾ İş qrafiki: 5 günlük iş həftəsi (tam iş vaxtı ilə);
◾ Nəzərdə tutulan təcrübə proqramının müddəti: 3 ay;
◾ Təcrübə proqramı üzrə son müraciət tarixi: 15.09.2022-ci il;
◾ Təcrübə proqramı ödənişsiz əsaslarla nəzərdə tutulub.

“DMA-da Təcrübə” Proqramı namizədlərə aşağıdakı sahələr üzrə təcrübə keçmək imkanı yaradır (Linkə keçid edərək tanış ola bilərsiniz):

https://lnkd.in/eXh_DPh6

👉 Karyerasına Dövlət Məşğulluq Agentliyində başlamaq istəyən gənclər CV-lərini mövzu hissəsinə təcrübə keçmək istədikləri sahənin və ya regionların adlarını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq təcrübə proqramına müraciət edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 38
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 24
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...