Zəfər Gününə həsr olunan tələbələrarası “Zəfər” adlı həvəskar voleybol turnirinin final oyunu keçirilib.
“Bir Könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyinin təşkilatçılığı ilə 6 noyabr tarixində “Təhsil” Respublika İdman Mərkəzinin “Zağulba” tədris-idman bazasında 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin şanlı Qələbəsinə həsr olunan “Zəfər” adlı həvəskar voleybol turnirinin yarımfinal və final oyunu keçirilib.
Turnirin iştirakçıları yarışdan öncə İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları önünə gül dəstələri düzüblər.
20 oktyabr tarixindən etibarən start verilən turnirə orta və ali təhsil müəssisələrində təhsil alan 224 tələbədən ibarət 32 komanda mübarizəyə qoşulub. Turnir İkinci Qarabağ müharibəsində canları bahasına xalqımıza qələbə qazandıran mərd mübarizlərin xatirəsini anmaq, gənc nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə vermək, eyni zamanda, tələbələr arasında sosial əməkdaşlığın, komanda işinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə təşkil edilib.
Gərgin mübarizə şəraitində keçən oyunda “Sparta“ komandası ən yaxşı nəticə göstərərək birinci yerə layiq görülüb. “Hawkins” komandası ikinci yerə, “Zəfər” komandası isə üçüncü yerə yiyələnib.
Qalib komandalara müvafiq dərəcəli diplom və medallar, həmçinin müxtəlif hədiyyələr təqdim olunub. Məlumat üçün bildirək ki, turnirin final görüşünü kişilərdən ibarət “Sərhədçi” voleybol komandasının baş məşqçisi Qüdrət Məlikov idarə edib.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur