Çərşənbə, 2 İyul, 2025

“Go and Study” MMC və “USE” MMC ilə birgə yeni peşə kurslarına start verilir


  • Dərc edildi: 19 Yanvar, 2023 - 20:36
“Go and Study” MMC və “USE” MMC ilə birgə yeni peşə kurslarına start verilir

“Go and Study” MMC və “USE” MMC ilə birgə yeni peşə kurslarına start verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özəl tərəfdaşları ilə birgə yeni layihəyə start verir. 

“Go and Study” MMC və “USE” MMC ilə birgə həyata keçirilən layihə çərçivəsində bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, əl elektrik qaynaqçısı, qaz qaynaqçısı, elektrik qaz qaynaqçısı və lazer qurğularında qaynaqçı peşələri üzrə hazırlıq kursları təşkil olunacaq. 

Layihə çərçivəsində 800-dən çox şəxsin peşə kurslarına cəlb olunması və əməkdaşlıq edilən müəssisələr tərəfindən məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub.

“Go and Study” MMC-də təşkil olunacaq kursların Qaradağ rayonu, “USE” MMC-də təşkil olunacaq kursların isə Sumqayıt şəhəri ərazisində keçirilməsi nəzərdə tutulub. 

Orta təhsilli, 18-65 yaş aralığında, ilkin kompüter biliklərinə malik şəxslər peşə hazırlığı kurslarına qatılmaq üçün qeydiyyatda olduqları rayon üzrə Regional Məşğulluq filialına və ya müvafiq DOST Mərkəzlərinə müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 96
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 45
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 227
Məktəbəhazırlıq qrup...