reklam

Xalqın azadlıq, müstəqillik arzusu

         Xalqın azadlıq, müstəqillik arzusu

Mən bu məqaləmi 20 Yanvar şəhidlərinə həsr edirəm. 1980-ci illərin sonu idi. Böyük imperiya süquta doğru gedirdi. Sovet hökuməti həm siyasi həm də qitisadi cəhətdən çökmüşdü. Belə bir vəziyyətdə  Qatil Mixail Qarbaçov hakimiyyətə gəldi. O SSRİ-ni süqutdan xilas etmək üçün  Yenidənqurma və Aşkarlıq siyasəti həyata keçirtməyə başladı.Lakin bu siyasıt heç bir işə yaramadı. Bunu görən SSRİ rəhbərliyi cəmiiyətin diqqətini yayındırmaq üçün Qərbi Azərbaycanda və Qarabağda yaşayan yaşayan erməniləri azərbaycanlılara qarşı qızışdırmağa başladı.Q ərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salındı.1988-ci ildə xalqın səbri tükəndi və meydanlarda öz etirazlarını bildirməyə  başladı. Bu etirazlar 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecəyə qədər davam etdi.Xalqımız azadlıq müstəqillik ədalət tələb edirdi.Bu etirazlar xalqımızın birlik simvoludur.

                                O şənbə gecəsi, o qətl günü,

                                Mümkünə döndərdik  çox namümkünü (Bəxtiyar Vahabzadə)

Bəli dahi şairimiz Bəxtiyar Vahabzadə düz  deyirdi xalqımız o qanlı gecədə bir çox namümkünü mümkünə çevirdi. Kimin ağlına gələrdiki vaxt gələcək Azərbaycan xalqı hər kəsin gözündə şişirdilmiş Qırmızı Orduya qarşı çıxacaqdı.19 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında əmr verildi. Lakin axşam saatlarında Azərbaycan televiziyasının enerji bloku partladıldığına görə bu əmr əhaliyə xəbər  edilməmişdi. Saat 23:50-də qatil Sovet ordusu Bakıya daxil oldu. Xalqımız mərd cəsarətli qorxmaz xalq olduğu üçün Bakıya gələn tankların qarşısından qaçmadı. Qorxmadan çəkinmədən o tankların qarşısında durdu. Nəticədə 146 nəfər günahsız, öz haqqlarını tələb edən şəxslər öldürülmüş 744 nəfər yaralanmışdır.

Bu qanlı gecənin səhərisi günü Azərbaycan xalqının  mərd oğlu Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev heçnədən qorxmadan çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qəti şəkildə bu cinayətkarların cəzalandırılmasını tələb etdi.

22 Yanvar tarixində Bakıda fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq 2 milyon insan yenidən meydanlara gələrək şəhidlərini dəfn etdi.

Biz müstəqil qalib bir xalqıq. Biz 1988-1990-cı illərdə olan birliyi 2020-ci ildə 2-ci Qarabağ müharibəsində də gördük. Xalqımız Dəmir Yumruq əməliyyatı zamanı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Qalib Azərbaycan Ordusunun ətrafında sıx birləşdi.

Biz Azərbaycan xalqı inanırıq ki Qarabağımıza,Şuşamıza, Cəbrayılımıza, Kəlbəcərimizə qayıtdığımız kimi tarixi torpağlarımız olan  Qərbi Azərbaycanımıza, İrəvanımıza, Zəngəzurumuza qayıdacağıq.

Biz Azərbaycan gəncləri  Ali Baş Komandan Prezident  İlham Əliyev cənablarını daim dəstəkləyirik.

Başda 1-ci Qarabağ müharibəsi şəhidi  əmim Ziya Ağayev olmaqla bütün şəhidlərimizə rəhmət etsin.

Allahdan qazilərimizə şəfa diləyirəm.

Müəllif: Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin 1-ci kurs tələbəsi, UNEC Tələbə Həmkarlar İttifaqı Mədəni Kütləvi Tədbirlər komissiyasının layihə meneceri- Ağayev Ziyad


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az