Çərşənbə, 27 Avqust, 2025

Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək


  • Dərc edildi: 19 Yanvar, 2023 - 20:17
Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək

Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 4-9 fevral 2023-cü il tarixlərində Şəki şəhərində yerləşən Olimpiya İdman Kompleksində Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək.

 

Fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, bu ideyaları öz işində tətbiq etməyi bacaran 23-29 yaş arası gənclər qış düşərgəsinə müraciət edə bilərlər.

 

Qeyd edək ki, düşərgə çərçivəsində Gənclərin İnnovativ İdeya Yarmarkası da təşkil olunacaq. Eyni zamanda, düşərgədə müasir dövrün tələblərinə cavab verən müxtəlif mövzulara həsr olunmuş təlim, mühazirə, seminar, debat, ustad dərslərinin keçirilməsi, eləcə də elmi-əyləncəli, intelektual oyunların, idman yarışlarının təşkili nəzərdə tutulub. 

Düşərgədə parlaq ideyaları ilə seçilən gənclər fərqləndiriləcək. 

 

Müraciət etmək üçün link:

 https://docs.google.com/forms/d/e/1FAIpQLScmr0xpBzaIREm3ATYqXwNVDbWB5IxoFjPGG_WxiGY8cVKt2g/viewform?usp=pp_url 

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 662
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 131
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7519
Sumqayıt Dövlət Univ...