Dərsdənkənar fəaliyyətlər üzrə təlimçi vəzifəsi üçün vakansiya

"Kaspi" Təhsil Şirkəti və STEMART MMC Dərsdənkənar fəaliyyətlər üzrə təlimçi vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 15 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir. 

Minimum vakansiya tələbləri:

• Ali təhsil (Məktəbəqədər təhsil, ibtidai sinif, informatika, riyaziyyat, kimya, fizika müəllimliyi sahəsi üzrə olması arzuolunandır);

• Təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarından, elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərindən xəbərdar olmaq;

• Müasir texnologiyanın imkanlarından istifadə etmək bacarığı

Tələb olunan bilik və bacarıqlar:

• 4-12 yaşlı uşaqlarla işləmək bacarığı;

• Layihələrin hazırlanması və icrası bacarığı;

• Azərbaycanda dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili və Rus dili biliyi arzuolunandır);

• MS Office proqramlarında işləmək bacarığı;

• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;

• Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat bacarığı;

• Yaradıcı və innovativ düşüncə tərzi;

• Öyrənmə və inkişaf həvəsi.

Vəzifə öhdəlikləri:

• Şagirdlərlə birlikdə müxtəlif qrup işlərinin, layihələrin hazırlanması;

• Şagirdlərin dərsdənkənar fəaliyyətlərinin izlənməsi, analizi və lazımi işlərin həyta keçirilməsi

• Dərsdənkənar fəaliyyətlərin planının, proqramının tərtibində iştirak etmək və onların yerinə yetirilməsini təmin etmək

• Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq, onların meyl və maraqları üzrə inkişafına dəstək göstərmək;

• İstedadlı şagirdlərin üzə çıxarılması üçün fəaliyyət planını icra etmək.

• Şagirdlərlə fərdi iş aparmaq, olimpiada, yarış, sərgi və s. tədbirlərdə onların iştirakını təmin etmək.

Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd: İddia etdiyiniz vəzifə adı olaraq:Dərsdənkənar fəaliyyətlər üzrə təlimçi şirkət adı olaraq STEMART MMC seçmək lazımdır.

Son müraciət : 23.01.2023

İŞƏ MÜRACİƏT FORMASI


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az