"Kaspi" Təhsil Şirkəti Məktəbəqədər müəllim (İngilis bölməsi) vəzifəsi üçün vakansiya elan edir.
Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 15 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.
Minimum vakansiya tələbləri:
• Ali təhsil (ingilis dilində məktəbəqədər təhsil, ingilis dilində ibtidai sinif, ingilis dili müəllimliyi sahəsi üzrə olması arzuolunandır);
• Sahə üzrə minimum 1 il təcrübə;
• Müasir texnologiyanın imkanlarından istifadə etmək bacarığı
Tələb olunan bilik və bacarıqlar:
• 3-6 yaşlı uşaqlarla işləmək bacarığı;
• İngilis dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır);
• MS Office proqramlarında işləmək bacarığı;
• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
• Yaradıcı və innovativ düşüncə tərzi;
• Öyrənmə və inkişaf həvəsi.
Vəzifə öhdəlikləri:
- Erkən uşaq inkişafının tədrisi, öyrənmənin təşkili və idarə edilməsi;
- Valideynlərin övladlarının öyrənmə və inkişafında tam iştirak etmələrini və bu barədə yaxşı məlumatlı olmasını təmin etmək;
- Aydın tədris məqsədlərinin müəyyən edilməsi və onların necə öyrədiləcəyini və qiymətləndiriləcəyini müəyyən etmək;
- Uşaqları təşviq edən və yüksək maraq yaradan tapşırıqlar hazırlayıb, şagirdlərlə işləmək;
- Məzmuna, struktur məlumatına yanaşmaya uyğunlaşdırmaq üçün müxtəlif tədris metodlarından istifadə etməklə, bir sıra bilikləri təqdim etmək;
- Uşaqların tədris olunan fənnə uyğun bilik vərdişləri və anlayışları əldə etməsini və möhkəmləndirməsini təmin etmək;
- Effektivliyi artırmaq üçün öz tədrisini təhlil edərək qiymətləndirmək;
- Sinif dəstəyinin effektiv və səmərəli yerləşdirilməsinin təmin edilməsi;
- Milli və yerli siyasətlərdə müəyyən edilmiş öyrənmə sahələrini, xüsusən də İngilis dili və Riyaziyyat üçün əsasları inkişaf etdirən strukturlaşdırılmış öyrənmə imkanlarını təmin etməklə şagirdlərin ehtiyaclarını nəzərə almaq;
- Uşaqlara təyin olunmuş illik və rüblük bilik meyarlarına uyğun tədrisin səmərəli aparılması və məqsədlərə çatdırılması
Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd: İddia etdiyiniz vəzifə adı olaraq: Məktəbəqədər müəllim, şirkət adı olaraq KİDs seçmək lazımdır.
Son müraciət: 30.01.2023
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur