Təhsil Şirkəti İbtidai sinif müəllimi vəzifəsi üçün vakansiya elan edir

"Kaspi" Təhsil Şirkəti İbtidai sinif müəllimi vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 15 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir. 

Minimum vakansiya tələbləri:

  • Müvafiq ali təhsil və 1 ildən az olmayaraq pedaqoji staja malik olmalıdır.
  • Təşkilati və Analitik bacarıqlar.
  • MS-ofis proqramlarından istifadə bacarığı.
  • Peşəkar yazılı və şifahi ünsıyyət bacarığı.
  • Müasir texnologiyanın imkanlarından istifadə etmək bacarığı Tələb olunan bilik və bacarıqlar:

• məktəb yaşlı uşaqlarla işləmək bacarığı;

• Azərbaycanda dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili və Rus dili biliyi arzuolunandır);

• MS Office proqramlarında işləmək bacarığı;

• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;

• Yaradıcı və innovativ düşüncə tərzi;

• Öyrənmə və inkişaf həvəsi.

 

Vəzifə öhdəlikləri:

  • Tədris materiallarını, gündəlik dərsləri planlaşdırmaq, tədrisi proqrama əsasən təşkil etmək.
  • Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, şagirdlərin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil etmək.
  • Şagirdlərin fənn üzrə biliklərini ilin əvvəli və il boyu qiymətləndirmək və bu  toplanmış datanın səliqəli uçotunu aparmaq. İbtidai sinif üzrə köməkçi ilə birgə fənlər üzrə hər bir şagird üçün hədəflər müəyyən etmək və onların yerinə yetirilməsinə, hədəfə nail olunmasına nəzarət etmək, şagirdlərə yardımcı olmaq.
  • Şagirdlərin sağlam və müasir düşüncəli, və mənəvi dəyərlərimizə uyğun şəkildə sağlam fərd olaraq yetişdirmək.
  • Şagirdlərin inkişafı üçün onlara tapşırıqlar vermək, həmin tapşırıqların izlənməsi və qiymətləndirilməsini həyata keçirmək.
  • Şagirdlərin təhlükəsizliyi, sağlam inkişafı üçün tədris mühitində nizam-intizamına dəstək vermək.
  • Öz hədəf qrupunun yaşla bağlı xarakteristik xüsusiyyətlərini bilmək və işini buna uyğun şəkildə qurmaq.
  • İbtidai sinif köməkçi müəllimlərinin müəllim kimi formalaşmağına dəstək olmaq üçün inkişaf planı hazırlamaq və bunu mütəmadi izləyərək direktor müaviniə hesabat vermək.

Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd: İddia etdiyiniz vəzifə adı olaraq:Azərbaycan dili və ədəbiyyatı müəllimi, şirkət adı olaraq Lisey seçmək lazımdır.

Son müraciət: 31.01.2023

İŞƏ MÜRACİƏT FORMASI


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az