reklam

“Pickvisa.com”da Maaşlı “Viza Təcrübəçisi” Proqramı!

1968-ci ildə ABŞ-ın Pensilvaniya Ştatında yerləşən kiçik Ebensburg şəhərində qəribə bir hadisə baş verir. Vyetnam müharibəsindən yeni qayıtmış zabit Con Makeley özünə iş axtarırdı. 

CV-i kifayət qədər maraqlı olsa da, özünə normal iş tapa bilmirdi. Elə həmin zamanlarda özünə söz verir ki, ideal iş yerini tapmayana kimi heç yerdə işləməyəcək. 

Makeley o dövrdən düz 74 yaşına kimi işsiz gəzir və sözünə sadiq qalır. Tam o zamana kimi ki, 2021-ci ildə Bakıya səyahət edir. Bəli, Bakıya! Bakıdakı amerikan tanışlarından biri ona bir vakansiya göndərir. Və Makeley 21 yaşından bəri arzuladığı işi (internship olsa belə) tapır! Bu hadisəni ilk dəfə eşidəndə mən də şok olmuşdum. 

Sizə də maraqlıdırmı nə təcrübə proqramı olduğu?

O zaman proqramın bütün detallarını olduğu kimi aşağıda yazıram:

“Pickvisa.com”da Ödənişli “Viza Təcrübəçisi” Proqramı! 

Tələblərimiz:

1. Koronavirusun bütün variasiyalarını əzbər bilən və hamısının əlindən boğaza yığılan;

2. Həyatdakı ən böyük arzusu “ASAN Xidmətdən beşinci pasportunu almaq” olan;

3. Günün 8 saatını TikTokda keçirməyən 7̶ ̶s̶a̶a̶t̶ ̶o̶l̶a̶r̶ ;

4. Jagermeisterin, Tekilanın, Amarulanın və Becherhovkanın vətənini bilən;

5. “Достопримечательность”, “Aкклимaтизaция”, “Авантюрист” və “Сёрфинг” sözlərini rahat, xüsusi intonasiya ilə və bir dəfəyə tələffüz edən;

6. Xəritədə ən azından Pamplona, Lissabon, Nayrobi, Baqota, Denver, Palermo, Berlin və Tokionun ̶p̶r̶o̶f̶e̶s̶s̶o̶r̶ ̶k̶im̶i yerini bilən;

7. Bütün dünya səyahəti planlarını hansısa “altcoin”in yüksəlməsinə bağlayan;

8. “Game of Thrones”u hələ də tarixin ən yaxşı serialı sayan;

9. Həyatda “ş” əvəzi “w” istifadə etmək etapını artıq keçən;

10. Barselona dedikdə ağlına “Messi” deyil, “La Sagrada Familia” gələn;

11. Şəhərə bomba mənzərəsi, kofe maşını və dəli komandası olmayan şirkətdə işləmək istəməyən;

12. Böyüyəndə Azər Qərib olmaq istəyən;

13. Ya Rus dili, ya İngilis dilisi valideynlərinə görə “xalxın uşağı”ndakı kimi olan Viza Təcrübəçiləri axtarırıq.

Təklifimiz:

- Full Time 300 AZN aylıq ödəniş (Yalnız full-time);

- Viza, Səyahət, Bronlaşdırma mövzularında xüsusi təlimlər;

- Qlobal (Pickvisa.com) və Lokal (Vizam.az) startapların bir hissəsi olmaq;

- Mərkəzdə mənzərəli ofis və bomba kollektiv.

İşin təsviri:

- Müraciətçilərin müxtəlif viza proseslərinin aparılması və onlarla kontaktın qurulması (təlim və təlimatlardan sonra);

- Viza datalarının sistemə vurulması və yenilənməsi;

- Əlaqəli məhsullarda lazım olan araşdırmaların aparılması.

Təcrübə müddəti 3 ay, həftəiçi 5 gün, 09:00 – 18:00 aralığındadır. 

Maraqlananlar öz CV və 5-10 cümləlik istək məktublarını 25 Noyabr, 2022 tarixinə kimi [email protected] ünvanına, “Tapşırılmamış Təcrübəçi” başlığı ilə göndərə bilər. 

Əvvəlini böyük maraqla oxuyan dostlar! Bilirəm, hər dəfə hislərinizlə oynayıram amma normal iş elanı yazanda 2 müraciətçi, belə yazanda 700 müraciət gəlir. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az