Bazar, 1 İyun, 2025

“İş Klubu 4” layihəsinə qeydiyyat başlayıb


  • Dərc edildi: 27 Oktyabr, 2022 - 18:49
“İş Klubu 4” layihəsinə qeydiyyat başlayıb

“İş Klubu 4” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı “İş Klubu 4” layihəsinə qeydiyyatı açıq elan edir.

 

Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər.

 

Peşəkar ekspertlər tərəfindən 2 həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzularda məlumatlar veriləcək.

 

Son müraciət tarixi: 04 noyabr 2022-ci il

Layihənin başlama tarixi: 14 noyabr 2022-ci il

 

Əgər sən də işi harada və necə axtaracağını bilmirsənsə, karyera planlamasında dəstəyə ehtiyac duyursansa bu layihə məhz sənin üçündür.

 

Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçmiş şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

 

Qeydiyyat linki: https://forms.gle/whpaRKrRntSrNwrw9

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 129
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 181
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...