Bazar ertəsi, 2 İyun, 2025

Quraşdırma və istismar üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 19 Mart, 2023 - 11:03
Quraşdırma və istismar üzrə mütəxəssis vakansiyası

Quraşdırma və istismar üzrə mütəxəssis

Şirkət: CityNet

Funksiya: Quraşdırma və İstismar Şöbəsi

İş qrafiki: Standart

Son müraciət tarixi: 05.04.2023

Quraşdırma və istismar üzrə mütəxəssis olaraq Sizin vəzifə öhdəlikləriniz:

• Gündəlik daxil olan sorğulara əsasən təhkim olunmuş ərazilər üzrə abunəçilərlə əlaqə saxlanılması, təqdim olunacaq xidmətlərin dəqiqləşdirilməsi;

• Müqavilədə qeyd olunan avadanlıqların ofisdən əldə edilməsi;

• Qoşulma zamanı istifadə olunan kabel və başqa lazımlı materialların hesablayıb götürülməsi;

• Qurğulardan abunəçinin ünvanına qədər xəttin çəkilməsi və avadanlıqların quraşdırılıb sazlanması;

• Abunəçilərə xidmətlərin ayarlanıb işlək vəziyyətdə təqdim etmək;

• Abunəçiləri müqavilə şərtləri ilə tanış edib imzalı şəkildə təqdim etmək;

• Gündəlik icra olunan servis və qoşulmaların aidiyyatı üzrə qeyd olunması;

• Reklam materiallarının paylanılması;

• Günsonunda görülən işlər barəsində rəhbərliyə məlumat vermək;

• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması;

• Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;

• Əməyin mühafizəsi qaydalarına, yəni işlərin təhlükəsiz və sağlam şəraitdə görülməsini təmin etmək məqsədi ilə cari qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərə, normalara və standartlara riayət etmək.

Vəzifənin tələbləri:

• Orta təhsil;

• Əlaqəli sahədə 1 il iş təcrübəsi;

• Azərbaycan dili – Sərbəst, Rus dili – Orta;

• Məsuliyyətlilik;

• Keyfiyyətyönümlülük;

• Komanda işi və əməkdaşlıq;

• Müştəriyönümlülük.

Müraciət etmək üçün CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Quraşdırma və istismar üzrə mütəxəssis” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 39
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 138
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 190
Mərkəzi imtahanla qə...