Mühasib (hesabatlar üzrə) vakansiyası

Vakasinya: Mühasib (hesabatlar üzrə)



Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk! Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!



Biz kimi axtarırıq?



Əgər sən:
Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə, yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,Deməli, sən bizim axtardığımız namizədsən!

Səni nələr gözləyir?
· Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
· Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
· E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
· İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
· Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.
 


Səndən gözləntilərimiz:


· Dövlət vergi hesabatlarının hazırlanması və yoxlanılması : Əmlak, ƏDV, ÖMV, VAHİD (Muzdlu), mənfəət və digər müvafiq bəyannamələr
· Debitor və kreditor borclarının uçotunun aparılması
· Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyə uyğun işləmək
· Vergi dəyişikliklərini izləmək və tətbiq etmək
· Mühasibat uçotunun dəqiq və düzgün aparılması
· Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi



Tələblər:


· Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə)
· Vergi və mühasibat uçotu (hesablar üzrə) ən azı 3-5 il iş təcrübəsi
· Yeni vergi sistemində sərbəst işləmə bacarığı
· 1C, Excel və MS Office proqramlarını yüksək səviyyədə bilmək
· Dəqiqlik, detallara diqqət və analitik düşünmə bacarığı



Biz nə təklif edirik?


· Rəqabətədavamlı əməkhaqqı.
· Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
· Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az