Cümə axşamı, 7 Avqust, 2025

Mağaza müdiri vakansiyası


  • Dərc edildi: 26 İyul, 2022 - 15:22
Mağaza müdiri vakansiyası

Vəzifə: Mağaza müdiri
Bakıda yeni açılan Mebel istehsalı və satışı üzrə beynəlxalq (İsveçrə və Rusiya birgə şirkəti) şirkətdə Mağaza müdiri vəzifəsi üzrə vakansiya aktivdir
Namizəd üçün tələblər:
·       Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
·       Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (mebel sənayesində müvafiq təcrübəyə üstünlük verilir)
·       Yaş: 28-45
·       Dil bilikləri: Rus dili tələb olunur (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
·       Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
·       Mağazanın ümumi fəaliyyətini təşkil edir;
·       Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
·       Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir; 
·       Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
·       Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
·       Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
·       İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
·       Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
·       Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
·       Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
·       Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
·       Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
·       Mal qalıqlarına nəzarət və uçotun aparılması;
·       Assortimentin və satışın analizi;
·       Daxili inventarizasiyanın aparılması;
·       Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
·       Görülən işlərin qeydinin aparılması

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər)
Korporativ nömrə müəssisə tərəfindən təmin olunur.
Müəssisə ilə tanış ola bilməyiniz üçün saytı təqdim edirəm
askonalife.az

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5937
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1155
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 421
“İnnovativ məktəb” l...