“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisində Filiallarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Statistik məlumatları təhlil edir, qiymətləndirir və qısa əsaslı nəticələr çıxarır;
- Bank sektorunda cərəyan edən prosesləri izləyir, məlumatları toplayır və onları təhlil edir;
- Bankın filial şəbəkəsinin idarə edilməsi ilə bağlı koordinasiya işlərində dəstək verir;
- İdarə Heyətinin tapşırıq və əmrlərinin icrasına mütəmadi nəzarət edir;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Analitik təhliletmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Filiallarla iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur