Cümə axşamı, 3 İyul, 2025

Pedaqoji tələbələr üçün adaptasiya proqramı


  • Dərc edildi: 31 May, 2023 - 19:16
Pedaqoji tələbələr üçün adaptasiya proqramı

Pedaqoji tələbələr üçün adaptasiya proqramı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “Pedaqoji tələbələr üçün adaptasiya proqramı” layihəsinin 13, 14, 20, 21 may tarixlərində təlimləri keçirilib.

Təlimlər zamanı layihə rəhbəri Nərmin Hüseynova və layihənin təlimçiləri olan Fəzilə Mahmudova ilə Rüfət Əsadzadə tərəfindən layihə barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Daha sonra “Sinfin idarəolunması”, “Lider müəllim”, “Öyrədici mühitin yaradılması”, “Valideynlərlə iş” və s. kimi mövzularda təlimlər baş tutmuşdur.

Onu da qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır - 2022” qrant müsabiqəsinin qalibi olmuşdur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 141
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 64
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 250
Məktəbəhazırlıq qrup...