Cümə, 1 Avqust, 2025

Müştəriyə dəstək üzrə nümayəndə vakansiyası


  • Dərc edildi: 13 İyun, 2023 - 16:16
Müştəriyə dəstək üzrə nümayəndə vakansiyası

"JOEL MMC” Müştəriyə dəstək üzrə nümayəndə (#customersupportrepresentative) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:  
                         
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı
Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:
                     
1. Sorğuların izlənilməsi – Müştəri və ya İstifadəçi sorğuları üçün bilet sisteminin idarə edilməsi, xidmət prosesinin tələbi olaraq telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə əlaqənin saxlanması, Müştərilərdən gələn zənglərin cavablandırılması və yaranan məsələlərlə bağlı köməkliyin göstərilməsi;
2. Masa işi – Müştəri ilə əlaqə üçün gündəlik olaraq Şirkətin CRM sistemi üzərində işin aparılması və CRM sisteminin zəng mərkəzi işçisi kimi fəaliyyət göstərilməsi;
3. Əlaqələrin idarə edilməsi – Müştərilər üçün ardıcıl olaraq əlaqə məlumatlarının qeyd edilməsi ;
4. Sorğu qeydiyyatının aparılması – Müştəri sorğularının qeydiyyatının aparılması, həm Müştəriyə, həm də İstifadəçiyə Şirkət məhsulundan (platformasından) istifadə etməklə köməkliyin göstərilməsi;
5. Problemlərin həll edilməsi – Müştərilərə və ya İstifadəçilərə zəng mərkəzi vasitəsilə qəbul edilən sorğulara əsasən tələb olunduğunda problemlərin həlli yollarının təqdim edilməsi;
6. Qeydlərin saxlanması – təhlil üçün zənglərin qeydə alınması.
                                           
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 - 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 289
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 889
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 807
Azərbaycan Texnologi...